İnsan resursları üzrə mütəxəssis/Aparıcı mütəxəssis
Düzgün işləmək və faydalı olmaq əsas məqsədlərimdən biridir. İş həyatında təsirli və sürətli olmağa sadiq və həvəsli olduğumu, vəzifənin məsuliyyətini maraq və həvəslə götürmək istədiyimi bildirmək istəyirəm.
Zeytun Pharmaceuticals MMC
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, başqa işə keçirmə (rotasiya), iş yeri/əməkhaqqı dəyişiklikləri və əmək müqaviləsinə xitam proseslərinin ƏMAS (Əmək və Məşğulluq Alt Sistemi) portalında tam elektron rəsmiləşdirilməsi və inteqrasiyası. İSB (İcbari Sığorta Bürosu) portalı üzərindən əməkdaşların gündəlik icbari sığorta əməliyyatlarının operativ həyata keçirilməsi və nəzarətdə saxlanılması. Bütün kadr əmrlərinin (işə qəbul, xitam, məzuniyyət, vəzifə/əməkhaqqı dəyişikliyi, ezamiyyət və s.) AR Əmək Məcəlləsinə və şirkət daxili prosedurlarına tam uyğun hazırlanması. İşçilərin şəxsi işlərinin formalaşdırılması, uçotunun aparılması və lazımi kadr sənədlərinin müntəzəm yenilənməsinə nəzarət. Əmək kitabçalarının AR qanunvericiliyinə uyğun olaraq yazılması, qeydiyyat kitabında hesaba alınması və işdən azad olunan əməkdaşlara təhvil verilməsi. İllik əsas, əlavə, sosial və ödənişsiz məzuniyyət cədvəllərinin tərtib edilməsi, məzuniyyət hüquqlarının daxili bazada uçotunun aparılması. Məzuniyyətlərin təsdiqlənmiş cədvəl üzrə istifadə edilməsinə və vaxtında rəsmiləşdirilməsinə davamlı nəzarət olunması. Ezamiyyət əmrlərinin, ezamiyyə vəsiqələrinin rəsmiləşdirilməsi və şirkətə gələn/gedən ezam olunmuş əməkdaşların daxili qeydiyyatının aparılması. İnsan resursları ilə bağlı daxil olan ərizə, təklif və şikayətlərin qanunvericiliyə uyğun cavablandırılması. İR üzrə tələb olunan dövrilik hesabatların tərtibi və rəhbərliyə/müvafiq strukturlara təqdim edilməsi.
Şam-Fi İnternational Trading Company
Şirkətin ehtiyaclarına uyğun olaraq vakansiyaların hazırlanması və elan olunması Müxtəlif platformalar üzərindən aktiv namizəd axtarışı Daxil olan CV-lərin təhlili və uyğun namizədlərin seçilməsi Namizədlərlə müsahibə prosesinin təşkili və iştirak Müsahibə nəticələrinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi Namizəd bazasının yaradılması və daim yenilənməsi Yeni işçilərin adaptasiya və oriyentasiya proseslərinin təşkili Əmək müqaviləsinin hazırlanması, elektron hökumət portalında qeydiyyatın aparılması; vəzifə dəyişikliyi ilə bağlı əməliyyatların icra edilməsi ; İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması, lazımi sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi; Əmək haqqı kartlarının sifarişi və işçilərə təhvil verilməsi; İnsan resursları üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi; İşdən azad etmə prosesinin icra edilməsi. Son haqq-hesabın həyata keçirilməsi, əmək kitabçalarının işdən çıxan əməkdaşlara təqdim edilməsi; İSB portalında əməkdaşların gündəlik sığortasının icra edilməsi. Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsində, şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak edilməsi; Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar verilməsi, İnsan resursları məsələləri ilə bağlı şikayət və ərizələrin cavablandırılması. İllik məzuniyyət cədvəllərinin tərtib edilməsi; İşçilərə məzuniyyət verilməsinin uçotunun aparılması; Məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi
Azərsun Holding Bazarstore MMC
ƏMAS sistemində işçilərin işə qəbulu, işdən azad edilməsi , vəzifə dəyişikliyi ilə bağlı əməliyyatların icra edilməsi ; Kadr əmrlərinin hazırlanması (xitam, işə qəbul, əmək məzuniyyəti , vəzifə, iş yeri və əmək-haqqı dəyişikliklərinin hazırlanması); Əmək haqqı kart sifarişinin verilməsi ; Əmək kitabçalarının doldurulması, hesaba alınması və qeydiyyatının aparılması; İşçilərə cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi ; Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması; Əmək haqqı ödənişi üçün lazımi məlumatların SAP sisteminə daxil edilməsi; İşçilərin illik məzuniyyətlərinin qrafikinə nəzarət edilməsi; İşçilərin daxili ERP sistemi (SAP) üzərindən şəxsi məlumatlarını formalaşdırmaq
Nur Collection
Gələn və gedən malların qəbulu və təhvili, etiketləmə və yerləşdirmə, anbar uçotu, inventarizasiyada iştirak, qaimə və akt sənədlərinin tərtibi, iş təhlükəsizliyi qaydalarına nəzarət.
Şərq Salatları MMC
Gündəlik maliyyə əməliyyatlarının ilkin uçotu, hesab-faktura və kassa orderlərinin hazırlanması, bank və kassa sənədləşməsi, hesablaşmaların izlənməsi, aylıq maliyyə hesabatlarının hazırlanmasında iştirak.
Magistr · Mühasibat uçotu (MBA)
Bakalavr · Regionşünaslıq (C.Koreya)