Baş mühasib
Müəssisələrin mühasibat və HR proseslərinin qurulması, təkmilləşdirilməsi, fərdi sahibkar və müəssisələrə konsultasiya xidmətlərinin göstərilməsi, həmçinin 1C proqramı üzrə fərdi təlimlərin keçirilməsi ilə məşğulam. İşə sistemli yanaşma, analitik düşüncə, dəqiqlik, məsuliyyət və operativ qərarvermәni əsas peşəkar prinsiplərim hesab edirəm.
OK EXPRESS MMC, ALEX EXPRESS MMC
Mühasibat, vergi uçotunun və İR əməliyyatlarının qanunvericiliyə uyğun aparılması; vergi, DSMF və statistika orqanlarına hesabatların və bəyannamələrin hazırlanması; vergi orqanları ilə yazışmalar; bank, alış-satış və hesablaşma əməliyyatlarının uçotu; əməkhaqqı və məzuniyyət hesablamaları; 1C, ƏMAS və e-Taxes sistemlərində əməliyyatlar.
SKY WASH-R MMC
İR şöbəsinin idarə edilməsi; e-Gov portalı üzərindən əmək və kadr əməliyyatları; əcnəbilər üçün yaşama və iş icazələrinin sənədləşməsi; işə qəbul, işdən azad etmə və əmək müqavilələrinin rəsmiləşdirilməsi; vakansiyaların yerləşdirilməsi və namizədlərin seçimi; davamiyyət və əməkhaqqı hesablamaları; dövlət orqanlarına hesabatların təqdimi.
UNİON LİZİNQ ASC
E-Gov portalı üzərindən əmək və kadr əməliyyatlarının aparılması; əcnəbilər üçün iş icazələrinin alınması; işçilərin işə qəbulu, vəzifə dəyişikliyi və əmək müqavilələrinin rəsmiləşdirilməsi; şəxsi işlər, əmək kitabçaları və məzuniyyət qrafikləri; davamiyyətə nəzarət və əməkhaqqı kartlarının açılması; dövlət orqanlarına hesabatların təqdimi.
FOODEX MMC
1C proqramında bütün əməliyyatların icrası; mühasibat və vergi uçotunun aparılması; mal-material və anbar əməliyyatlarına nəzarət; təchizatçılarla hesablaşmalar və üzləşmə aktları; elektron qaimə-fakturaların tərtibi; bank və kassa əməliyyatlarının uçotu; kadr sənədləşməsi və vakansiyaların yerləşdirilməsi.
ADEMSAN MMC
Kassa, bank, əməkhaqqı və digər maliyyə əməliyyatlarının uçotu; kreditor-debitor hesablaşmaları və üzləşmə aktları; E-Qaimə, VHF və gömrük bəyannamələri üzrə əməliyyatlar; mal-material və satış əməliyyatlarının 1C üzrə uçotu; vergi, sosial sığorta və büdcə ödənişlərinin hesablanması; kadr əməliyyatları və əməkhaqqı cədvəlləri.
ARSENAL GROUP MMC
1C proqramında mühasibat əməliyyatlarının, sifarişlərin və elektron qaimə sənədlərinin uçotu; təchizatçılarla hesablaşmalar; anbar və mal-material hərəkətinə nəzarət; nağd və nağdsız pul vəsaitlərinin uçotu; kassa hesabatlarının hazırlanması və kassa qalığının inventarizasiyası.
Orta təhsil
Bakalavr · İncəsənət əsərlərinin bərpası və ekspertizası