Resepşn
Mühasibat uçotu ixtisası üzrə təhsil almış, sənəd dövriyyəsi, arxivləşdirmə, müştəri xidmətləri və inzibati dəstək sahələrində praktiki təcrübəyə malik məsuliyyətli və diqqətcil mütəxəssisəm. Komanda daxilində işləməyi yaxşı bacarıram, istənilən kollektivə asanlıqla uyğunlaşıram. Əsas prinsipim fəaliyyət göstərdiyim sahənin peşəkarı olmaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək və daim öz üzərimdə çalışmaqdır.
18 Saylı Notarius Dövlət Notariat Arxivi
Notariat sənədlərinin sistemləşdirilməsi, qeydiyyata alınması və müəyyən edilmiş qaydalara uyğun arxivləşdirilməsi. Arxiv fondunun qorunması, sənədlərin axtarışı və vətəndaşların sorğularına əsasən arayış və surətlərin hazırlanması. Rəsmi sənəd dövriyyəsinin dəqiq aparılması və məlumat bazalarının yenilənməsi.
Dünyagöz Majestic Group
Müştərilərin tələblərinə və həkim reseptlərinə uyğun optik eynək və linzaların seçimi və təqdimatı. Məhsul çeşidləri barədə müştərilərə konsultasiya verilməsi, satış prosesinin təşkili və müştəri məmnuniyyətinin yüksəldilməsi.
ASAN Xidmət
Vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi və ilkin məlumatlandırılması. Elektron növbə sisteminin tənzimlənməsi və sənəd qəbulu prosesində operativ dəstək göstərilməsi.
DOST Agentliyi
Müraciət edən vətəndaşların dinlənilməsi və müvafiq sosial və əmək xidmətləri üzrə istiqamətləndirilməsi. Xidmət mərkəzində operativliyin təmin edilməsi və həssas əhali qrupları ilə nəzakətli ünsiyyətin qurulması.
Peşə təhsili · Mühasibat uçotu