Təmir-tikinti işləri üzrə mütəxəssis
Satış, layihələrin idarə olunması, tikinti və təmir, tender fəaliyyəti, təchizat, logistika, anbar təsərrüfatı və inzibati nəzarət sahələrində praktiki təcrübəyə maliyəm. Dövlət və özəl sektorda çalışaraq layihələrin təşkili, işçi heyətinin koordinasiyası, material və texniki təchizat, hesabatlılıq və keyfiyyətə nəzarət istiqamətlərində bacarıqlar qazanmışam. Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma ilə işləyirəm.
Veysəloğlu Şirkətlər Qrupu
Satış ərazisi üzrə müştərilərlə işin və sifariş proseslərinin təşkili. Müştəri bazasının inkişafı, satış planlarının icrası və satış nöqtələri ilə əməkdaşlıq.
İri şəhərlərin birləşmiş su təchizatı sistemi (Azərsu)
Su təchizatı sistemindən qanunsuz istifadənin aşkar edilməsi və qarşısının alınması. Hallərin araşdırılması, abonentlərlə iş və debitor borcların yığılması. Gündəlik məlumatların idarə rəisinə təqdim edilməsi.
EZ Group
Dövlət və özəl sektor tenderlərində iştirakın və təkliflərin hazırlanmasının təşkili. Tender, sifariş və müqavilə öhdəliklərinin icrasının idarə olunması. Tikinti və təmir layihələrinin təşkili, material və təchizatın planlaşdırılması, usta, podratçı və işçi heyətinin koordinasiyası, hesabatların aparılması.
Army Market
Anbar təsərrüfatının idarə olunması, malların qəbulu və qeydiyyatı. Stok qalıqlarına, məhsulun keyfiyyətinə və saxlanma şəraitinə nəzarət. Anbar uçotunun və mal dövriyyəsi hesabatlarının aparılması.
Avrora MMC
Məhsulların satışının təşkili, sifarişlərin qəbulu və satış planlarının icrası. Müştəri bazasının genişləndirilməsi və satış nöqtələri ilə iş.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Radio kəşfiyyatı və radioelektron maneələr istiqamətində xidmət tapşırıqlarının icrası. Kəşfiyyat manqasına rəhbərlik, şəxsi heyətin koordinasiyası və tərcümə-məlumat təhlili. Silah anbarına və silah-sursatın saxlanma qaydalarına nəzarət.
Azpetrol LTD
Nağd və nağdsız ödənişlərin qəbulu, kassa və xəzinə əməliyyatlarının aparılması. Gündəlik maliyyə hesabatlarının hazırlanması, pul vəsaitlərinin uçotu və qorunması.
Peşə təhsili · İsitmə və Soyutma Sistemləri üzrə Mütəxəssis
Orta təhsil · QD UQD Radio Kəşfiyyat və Radio Maneə üzrə Mütəxəssis