Mühasib
Mühasibat uçotu sahəsində praktiki təcrübəyə malik, maliyyə əməliyyatlarının icrası və sənəd dövriyyəsinin idarə olunması üzrə biliklərə sahib mütəxəssisəm. Dəqiqlik, analitik düşüncə və məsuliyyətli yanaşma ilə maliyyə proseslərinin düzgün və səmərəli icrasına töhfə verməyə çalışıram.
Superstone MMC
Mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi, alış və satış fakturalarının tərtibi, bank əməliyyatlarının icrasını həyata keçirirəm. Gündəlik maliyyə əməliyyatlarının uçotunu aparır, kassa və nağd pul hərəkətinə nəzarət edirəm.
Özəl Stomatologiya Klinikası
Həkimin müayinə və müalicə prosesində asistent kimi fəaliyyət göstərmiş, tibbi prosedurların hazırlanmasına və icrasına dəstək olmuşam.
Invest Academy
Müxtəlif yaş qrupları üçün ingilis dili dərslərinin planlaşdırılması və keçirilməsini təmin etmişəm.
OYGİB
Müəssisənin gündəlik inzibati və təşkilati fəaliyyətində iştirak etmiş, sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi proseslərinə dəstək göstərmişəm.
Bakalavr · Sağlık Yönetimi (Distant)