Baş mühasib
18 illik maliyyə və mühasibatlıq təcrübəsinə malik maliyyə və mühasibatlıq üzrə rəhbər səviyyəli mütəxəssisəm. Baş mühasib, maliyyə meneceri vəzifələrində maliyyə uçotunun təşkili, vergi və maliyyə hesabatlılığı, büdcələmə, pul vəsaitlərinin hərəkətinə nəzarət, daxili nəzarət və audit sahələrində təcrübə qazanmışam. Azərbaycan və Gürcüstanda ERP sistemlərinin tətbiqi, maya dəyərinin hesablanması və xərclərə nəzarət üzrə təcrübəyə malikəm.
Zəfər Boya MMC
Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət. Dövri və illik maliyyə, vergi, sosial sığorta və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi. ƏDV, mənfəət, gəlir və digər vergi bəyannamələrinin hazırlanması, vergi risklərinin idarə edilməsi, əməkhaqqı və ödənişlərə nəzarət, audit hazırlığının idarə olunması.
Dolce Far Nienta MMC & Sophie Couture MMC
Maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna nəzarət, maliyyə və vergi hesabatlarının hazırlanması, vergi bəyannamələri və vergi risklərinin idarə olunması. Bank, kassa əməliyyatları, maya dəyərinin hesablanması və maliyyə göstəricilərinin təhlili, rəhbərliyə təkliflərin hazırlanması.
Smart Vision MMC & Karvan 2016 MMC
Şirkətlərin gündəlik əməliyyatlarına və cari fəaliyyətinə rəhbərlik, maliyyə uçotu və vergi ödənişlərinə nəzarət, maliyyə hesabatlarının hesablanması, dövlət satınalmalarında sənədlərin hazırlanması, gəlirliliyin təmin edilməsi.
Babək İnformasiya MMC
Maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna nəzarət, dövri və illik hesabatların hazırlanması, ƏDV, mənfəət və digər vergi bəyannamələri, vergi planlaması, əməkhaqqı və ödənişlərin hesablanması. Mikro ERP proqramının qurulması, tətbiqi və istifadəçilərin təlimi.
Glorya Furniture LLC
Gürcüstan qanunvericiliyinə uyğun maliyyə-təsərrüfat uçotunun və hesabatlılığın təşkili, illik və dövri hesabatların hazırlanması və təqdimi, əməkhaqqı və ödənişlərə nəzarət, bank və kassa əməliyyatları, maya dəyərinin hesablanması, audit prosesinə hazırlıq və təmsil, rəhbərliyə optimallaşdırma təklifləri.
Gəmiqaya Mebel Fabriki MMC
Müəssisənin gündəlik mühasibat əməliyyatlarının aparılması, maliyyə-təsərrüfat əməliyyatlarının uçotu, mühasibat sənədlərinin hazırlanması və maliyyə məlumatlarının uzlaşdırılması.
Magistr · MBA - Marketinq
Bakalavr · Beynəlxalq İqtisadi Əlaqələr