−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Şahlar X.

Şahlar X.

İT mütəxəssisi

Bakı Yerləşdirilib: 25 noyabr 2026
Əlaqə məlumatları gizlidir Namizədin telefonu, e-poçtu və CV faylı yalnız işəgötürənlər üçün CV bazasında açılır.
Əlaqə məlumatlarını gör

Haqqında

Bankçılıq, MSP və korporativ sektorlarda 4 il 6 aydan artıq iş təcrübəsinə malikəm. Windows Server, Linux serverlər, virtuallaşdırma (VMware ESXi/vCenter, Hyper-V) və korporativ şəbəkə infrastrukturlarının (Cisco, MikroTik, FortiGate NGFW, VLAN, VPN) qurulması, idarə edilməsi və təhlükəsizliyi üzrə praktiki biliklərə sahibəm. Bulud texnologiyaları (Microsoft 365, Azure AD) və ehtiyat nüsxələmə və fəlakətdən bərpa həllərini (Veeam, Acronis) tətbiq edirəm.

İş təcrübəsi

İT Mütəxəssisi

Turan Bank ASC

sen 2026 – noy 2026 0 il 1 ay

Bankın baş ofisi və filiallarında İT bilet sistemləri (Ticketing Systems) vasitəsilə Tier 1/2 səviyyəli texniki dəstək göstərərək avadanlıq, əməliyyat sistemləri və əsas bank proqram təminatı ilə bağlı insidentləri SLA çərçivəsində həll etdim. Windows Server mühitində Active Directory (AD) istifadəçi və kompüter hesablarını, giriş icazələrini, DNS qeydlərini və Qrup Siyasətlərini (GPO) idarə etdim. Filialların fasiləsiz bağlantısını təmin etmək məqsədilə LAN/WAN nasazlıqlarının aradan qaldırılması, switch/router port konfiqurasiyaları, VLAN təyinatları və IP ünvanlama işlərini icra etdim. Bankın İT təhlükəsizlik siyasətlərinin və antivirus mühafizəsinin tətbiqinə nəzarət etdim.

Aparıcı Şəbəkə və Sistem Administratoru

BOA AGENCY

may 2024 – sen 2026 2 il 3 ay

L2/L3 şəbəkə infrastrukturunun, VLAN seqmentasiyasının və Inter-VLAN marşrutlaşdırmanın (Cisco, MikroTik, TP-Link Omada) dizaynını və idarə edilməsini həyata keçirdim. FortiGate NGFW və pfSense firewall sistemlərini (IPS/IDS, Web Filter, Application Control) və MFA dəstəkli Site-to-Site / Client-to-Site VPN tunellərini tənzimlədim. Multi-WAN yük balanslaşdırılması, SD-WAN failover, mərkəzləşdirilmiş korporativ Wi-Fi (Ubiquiti UniFi, Omada, RADIUS), IP Telefoniya / PBX sistemləri (Yeastar, Grandstream, Cisco, SIP Trunks, IVR) qurdum. Zabbix, PRTG, Wireshark vasitəsilə real vaxt rejimində şəbəkə monitorinqi apardım. Windows Server (AD DS, GPO, DNS, DHCP, WSUS) və Linux (Ubuntu, CentOS) serverlərini, High Availability (HA) dəstəkli VMware ESXi/vCenter və Hyper-V klasterlərini idarə etdim. Veeam Backup & Replication və Acronis ilə 3-2-1 ehtiyat nüsxələmə və fəlakətdən bərpa (Disaster Recovery) sistemlərini və Microsoft 365 (Exchange Online, SharePoint, Azure AD) infrastrukturunu tətbiq və idarə etdim.

İT Mütəxəssisi

ITSM MSP

fev 2022 – may 2024 2 il 2 ay

Müştəri şirkətlərin İT sistemlərini və infrastrukturunu analiz edərək yerləşdirilmiş İT həllərinin performansına və etibarlılığına nəzarət etdim, gündəlik tapşırıq və insidentləri ClickUp, Trello və Asana sistemləri üzərindən idarə etdim. Windows Server (AD DS, Terminal Server, GPO), VMware vCenter virtual infrastrukturları, QNAP NAS və SAN yaddaş texnologiyalarını, həmçinin IP Telefoniya / PBX (Yeastar, Grandstream, Cisco) sistemlərini idarə etdim. Microsoft 365 / Azure mühitlərində Exchange Online və SharePoint miqrasiyalarını icra etdim.

İT Helpdesk

PITS Technical Solutions Company

avq 2021 – yan 2022 0 il 4 ay

İstifadəçilər üçün şəbəkə və internet problemlərini (DHCP, DNS, NAT) diaqnostika edib həll etdim. Şəbəkə avadanlıqlarının və UTP/RJ45 kabelləşmə sistemlərinin quraşdırılması və sazlanmasını həyata keçirdim, Active Directory hesablarını və Windows sistemlərini idarə etdim.

Təhsil

Azərbaycan Texniki Universiteti

Bakalavr · İnformasiya Texnologiyaları

2017-2021

Bacarıqlar

Windows Server Active Directory GPO Linux VMware ESXi/vCenter Hyper-V Cisco MikroTik FortiGate NGFW VLAN/VPN Microsoft 365 Azure AD Veeam Backup & Replication Acronis Zabbix

Dil bilikləri

Azərbaycan Ana dili
İngilis Orta
Alman Başlanğıc

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ