Hüquqşünas
Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə fərqlənmə məzunuyam. Təhsil müddətində akademik göstəricilərimi yüksək tutmaqla bərabər, nəzəri biliklərimi təcrübədə tətbiq etməyə çalışmışam. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Apellyasiya və Ağır Cinayətlər məhkəmələrində keçdiyim könüllülük proqramları sayəsində mülki və cinayət mühakimə icraatının praktiki əsasları, kargüzarlığın təşkili və prosessual sənədləşmə ilə yaxından tanış olmuşam. Hazırda beynəlxalq hüquq, biznes, müqavilə və əqli mülkiyyət hüququ sahələrində ixtisaslaşmağı və hüquq qrupunuzun fəaliyyətinə məs
Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi
Ağır cinayət işləri üzrə məhkəmə iclaslarında iştirak edərək hüquqi qeydlər aparmışam; iclas protokollarının tərtib edilməsi və işlərin arxivləşdirilməsi prosesinə dəstək vermişəm.
Gəncə şəhər Prokurorluğu
Cinayət işləri üzrə materialların qanunvericilik standartlarına uyğun sistemləşdirilməsi işini icra etmişəm; vətəndaş müraciətlərinin qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi prosesində texniki-hüquqi dəstək göstərmişəm.
Abşeron rayon Məhkəməsi
Birinci instansiya məhkəməsində kargüzarlığın təşkili, iddiaların qəbulu və qeydiyyatı prosedurlarını mənimsəmişəm; hüquqi bildirişlərin, çağırış vərəqələrinin və qərardad layihələrinin hazırlanmasında iştirak etmişəm.
Gəncə şəhər Apellyasiya Məhkəməsi (Mülki Kollegiya)
Mülki və kommersiya mübahisələri üzrə apellyasiya şikayətlərinin və iş materiallarının ilkin hüquqi ekspertizası prosesini müşahidə etmişəm; məhkəmə qətnamələrinin hüquqi-məntiqi strukturu və akademik yazı üslubu üzərində işləyərək bacarıqlarımı inkişaf etdirmişəm.
Azərbaycan Respublikasının Baş Prokurorluğu / Yasamal rayon Prokurorluğu
İstintaq və təhqiqat materiallarının hüquqi analiz prosesini izləmiş, rəhbərliyə köməklik göstərmişəm; prosessual sənədlərin, qərarların və rəsmi məktub layihələrinin hazırlanmasında iştirak etmişəm; prokuror nəzarəti mexanizmlərinin və cinayət-prosessual qanunvericiliyin praktiki tətbiqini öyrənmişəm.
Magistr · Risklərin idarə edilməsi
Bakalavr · Hüquqşünaslıq
Orta təhsil