Partnyorlarla iş üzrə mütəxəssis
Məsuliyyətli və öyrənməyə açıq biriyəm. Komanda ilə işləməyi və ünsiyyət qurmağı sevirəm. Yeni bilikləri tez mənimsəyir, dəyişən mühitə tez uyğunlaşıram. Məqsədim – öz sahəmdə peşəkar inkişaf edərək nəticə yönümlü işlərdə iştirak etməkdir.
Leobank
VİP müştərilərin zənglərinin operativ və peşəkar şəkildə cavablandırılması, müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunması, fərdi yanaşma və yüksək xidmət standartlarının təmin edilməsi.
Leobank
Daxil olan müştəri zənglərinin cavablandırılması, sorğuların qeydə alınması və yönləndirilməsi, müştərilərə məhsul və xidmətlər barədə məlumat verilməsi, gündəlik xidmət keyfiyyətinin təmin olunması.
Master School Təhsil Şirkəti
Bakalavr səviyyəsində tələbələrin informatika fənnindən imtahanlara hazırlığını həyata keçirmişəm. Müxtəlif yaş qrupları ilə işləmə təcrübəm var. Müntəzəm olaraq sınaq imtahanları üçün test sualları hazırlamışam.
Missiya Təhsil Şirkəti
Abituriyentləri ali məktəblərə qəbul imtahanlarına hazırlamışam. Dərs zamanı əsas məqsədim abituriyentlərin düşünmə qabiliyyətini inkişaf etdirmək, çətinlik çəkdikləri mövzuları fərdi şəkildə izah etmək və onlara inam aşılamaq olub. Eyni zamanda sınaq imtahanları üçün müxtəlif səviyyələrdə test sualları tərtib etmiş, nəticələr əsasında təhlillər apararaq tələbələrin zəif və güclü tərəflərini müəyyənləşdirmişəm.
Bakalavr · Coğrafiya müəllimi
Magistr · Beynəlxalq turizm və ölkəşünaslıq