Elektrik mühəndisi
Enerji mühəndisliyi üzrə bakalavr və Bərpaolunan enerji mənbələri üzrə magistr dərəcəsinə maliyəm (fərqlənmə diplomu ilə). Elektrik və zəif cərəyan (ELV) sistemlərinin layihələrini AutoCAD çertyojları və BOQ ilə yoxlamaq, BOQ əsaslı qiymət təklifləri, xərc smetasının hazırlanması və tender sənədləri üzrə təcrübəyə malikəm. Hal-hazırda Texniki ofis mühəndisi kimi xərc smetalarını yoxlayır, tikinti sənədləşməsini (Form-1/2/3, təhvil-qəbul aktları) hazırlayır və layihələrin gedişatını izləyirəm. Diqqətli və sistemli sənədləşməyə, vaxtında icraya üstünlük verirəm.
AR Group LLC
Defekt aktlarına əsasən xərc smetalarını yoxlamaq, iş həcmlərinin və vahid qiymətlərin dəqiqliyini təsdiqləmək. Form-1, Form-2, Form-3, defekt aktları, əvəzetmə protokolları, qiymət cədvəlləri və təhvil-qəbul aktlarını hazırlamaq. Layihələrin və tamamlanmış işlərin gedişatını izləmək, texniki sənədləşməni aparmaq. Saytda işçi briqadirləri ilə iş prosesinin koordinasiyası.
ESTET LLC
Elektrik və zəif cərəyan (ELV) sistemlərinin layihələrini yoxlamaq. Layihə çertyojlarını AutoCAD faylları və BOQ ilə müqayisə etmək, iş həcmləri və layihə parametrləri üzrə müqayisəli analiz aparmaq. BOQ əsaslı qiymət təklifləri və iş həcmlərinin, xərclərin smetasını hazırlamaq. Tender sənədləri və qiymət məlumatlarını hazırlamaq, təkliflərin qiymətləndirilməsində iştirak etmək.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Enerji fakültəsinin tələbələrinə akademik dəstək göstərmək.
Magistr · Bərpaolunan enerji mənbələri
Bakalavr · Energetika mühəndisliyi