Resepşn
İnzibati idarəetmə, kargüzarlıq, sənədləşmə və müştəri xidmətləri sahələrində iş təcrübəsinə malik, məsuliyyətli və ünsiyyətcil mütəxəssisəm. Dövlət və özəl sektorda fəaliyyət göstərərək rəsmi sənədlərin qəbulu, qeydiyyatı, sistemləşdirilməsi, elektron sənəd dövriyyəsinin təşkili və arxivləşdirilməsi üzrə praktiki biliklər əldə etmişəm. Müştəri bazası ilə işləmək, telefon vasitəsilə xidmət və tarif təkliflərini təqdim etmək bacarığına malikəm.
ALPİ AGENCY MMC
Mövcud müştəri bazası əsasında müştərilərlə telefon əlaqəsinin yaradılması, tariflər və xidmətlər haqqında məlumat verilməsi. Müştərilərin ehtiyaclarına uyğun tariflərin təklif edilməsi, xidmətlərin üstünlüklərinin izah edilməsi və satış imkanlarının dəyərləndirilməsi. Müştəri məlumatlarının elektron bazada yenilənməsi.
Dövlət Notariat Reyestri - Beyləqan rayon şöbəsi
Notariat əməliyyatları ilə bağlı sənədlərin qəbulu və qeydiyyatı. Daxil olan sənədlərin yoxlanılması, çeşidlənməsi və sistemləşdirilməsi. Vətəndaşlara sənədləşmə prosedurları barədə ilkin məlumat verilməsi. Sənədlərin elektron və kağız daşıyıcılarda arxivləşdirilməsi.
Dövlət Məşğulluq Agentliyi Mil-Muğan Regional Məşğulluq filialı
Daxil olan və göndərilən rəsmi məktub və sənədlərin qəbulu, qeydiyyatı və yönləndirilməsi. Elektron sənəd dövriyyəsi sistemində sənədlərin qeydiyyatının aparılması. Rəsmi məktub, ərizə və müraciətlərin qeydiyyata alınması. Xidməti yazışmaların hazırlanması və məxfilik qaydalarına riayət edilməsi.
Peşə təhsili · Məktəbəqədər təlim və tərbiyyə
Orta təhsil · MS Office