İnşaat mühəndisi
12 ildən çox təcrübəyə malik inşaat mühəndisi və layihə rəhbəri. Sənaye və mülki tikinti, neft boru xətlərinin təmiri, metal konstruksiya işləri, əsaslı təmir və memarlıq layihələndirməsi sahəsində təcrübəm var. Tikinti sahələrinin idarə edilməsi, briqadaların koordinasiyası, smeta və Forma-2 sənədləşməsi, AutoCAD çertyojlarının tətbiqi və SƏTƏM standartlarına nəzarət üzrə praktiki biliklərə sahibəm. Məqsədim tikinti və bərpa layihələrini təsdiq olunmuş qrafikə, büdcəyə və AzDTN normalarına uyğun yüksək keyfiyyətlə təhvil verməkdir.
Balaxanı Oil Company LTD
Tikinti-quraşdırma və əsaslı təmir sahələrində gündəlik iş proseslərinin təşkili və briqadaların rəhbərliyi. İcra qrafikinə və büdcəyə nəzarət, material təchizatının optimallaşdırılması. AutoCAD çertyojlarının tətbiqi, Forma-2, Forma-3 və gizli iş aktlarının tərtibi. Metal konstruksiya montajı, neft boru xətlərinin təmiri və sahə nəzarəti. SƏTƏM qaydalarına və AzDTN standartlarına əməl olunmasının təmin edilməsi.
Rasad Designer / Fərdi Layihələr
Yaşayış binaları, fərdi evlər və kommersiya obyektlərinin layihələndirilməsi, əsaslı təmiri və tikintisinə mühəndis və müəllif nəzarəti. Daşınmaz əmlakın texniki vəziyyətinin qiymətləndirilməsi və funksional planlaşdırılması. AutoCAD çertyojları və 3ds Max, V-Ray ilə 3D vizualizasiyaların hazırlanması, büdcə və təhvil-təslim proseslərinin idarəsi.
Bakalavr · Mühəndis