Marketinq mütəxəssisi
Kitabxanaçılıq və informasiya fəaliyyəti üzrə ali təhsilim var. BTV xəbərdə SMM və sayt redaktoru kimi çalışmış, eksklüziv kontent yaradılması, sosial media idarəetməsi və ictimaiyyətlə əlaqələr sahəsində praktiki təcrübə qazanmışam. Bakıda SMM, PR və marketinq mütəxəssisi kimi tam ştat (hibrid iş rejimi və ya çevik qrafiklə) çalışmaq istəyirəm; həftənin 3 günü müəyyən saatlarda onlayn, digər bütün vaxtlarda isə ofis mühitində komanda ilə işləməyə hazıram.
BTV xəbər
Xarici media mənbələrindən (türk və ingilis dillərindən) operativ xəbər və video materialların tərcümə edilməsi, unikallığının yoxlanılaraq eksklüziv məqalə şəklində saytda yayımlanması. Günlük 13-ə yaxın eksklüziv xəbərin hazırlanması və redaksiya daxili tapşırıqların operativ şəkildə yerinə yetirilməsi. Sosial media platformaları üçün video kontentlərin araşdırılması, zəruri hallarda videoların redaktə/montaj edilməsi və cəlbedici alt başlıqlarla SMM komandasına təqdim olunması. Google axtarış sistemində indekslənən orijinal xəbər materiallarının və rəqəmsal kontentin yaradılması.
Bakalavr · Kitabxanaçılıq və informasiya fəaliyyəti