Satış təmsilçisi
Satış, müştəri xidmətləri və xəzinədarlıq sahəsində 15 illik zəngin təcrübəyə malik, fərqlənmə dərəcəli mütəxəssisəm. 1C, Microsoft Office proqramlarını bilməyim işimdə operativliyi təmin edir. Müştəri məmnuniyyətini qorumaq və peşəkar komandanızın uğurlarına töhfə vermək niyyətindəyəm.
İnci Group of Companies
Nəqd və nağdsız dövriyyənin idarə edilməsi: kassa əməliyyatlarının (POS-terminal, nağd ödənişlər) tam dəqiqliklə və daxili prosedurlara uyğun həyata keçirilməsi. Müştəri sifarişlərinin operativ işlənməsi, rəsmi müqavilə və protokolların tərtibi, hesab-faktura və qarşılıqlı üzləşmə aktlarının dəqiqliklə hazırlanması.
Nurgün Motors
Şirkətə müraciət edən müştərilərin qarşılanması, xidmətlər haqqında dolğun məlumatın verilməsi və yüksək xidmət mədəniyyətinin təmin edilməsi. Müştəri narazılıqlarının peşəkar şəkildə dinlənilməsi və operativ həll yollarının tapılması.
İdeal Parfum and Cosmetics
Nəqd və nağdsız dövriyyənin idarə edilməsi: kassa əməliyyatlarının (POS-terminal, nağd ödənişlər) tam dəqiqliklə həyata keçirilməsi.
Novco Company
Maliyyə intizamı və kassa intizamı: ilkin kassa sənədlərinin, qəbzlərin və hesab-fakturaların düzgün tərtib edilməsi. Müştərilərlə sürətli və doğru şəkildə hesablaşmaların aparılması, xidmət keyfiyyətinin yüksək tutulması.
Peşə təhsili · Hüquq / Gömrük işinin təşkili