Sürücü
Məsuliyyətli, intizamlı və işinə ciddi yanaşan əməkdaşam. Təxminən 6 illik sürücülük və çatdırılma sahəsində iş təcrübəm var. B və C kateqoriyalı sürücülük vəsiqəsinə sahibəm. Isuzu və Ford Transit avtomobillərini idarə etmək təcrübəm var. Fiziki işlərə hazıram, yeni bilik və bacarıqlar öyrənməyə, kollektivdə işləməyə və üzərimə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazıram.
Bakı Şəhər İcra Hakimiyyəti
Xidməti avtomobilin idarə edilməsi; tapşırıqların vaxtında və təhlükəsiz yerinə yetirilməsi; avtomobilin texniki vəziyyətinə nəzarət; yol hərəkəti qaydalarına riayət edilməsi. İş müddəti: 5 il.
Sirab MMC
Məhsulların təyin olunmuş ünvanlara çatdırılması; məhsulların yüklənməsi və boşaldılması; çatdırılma işlərinin vaxtında həyata keçirilməsi; avtomobilin və daşınan məhsulların qorunması. İş müddəti: 1 il.