UI/UX dizayner
6 illik təcrübəyə malik UX/UI dizaynerəm. Veb və mobil üçün rəqəmsal məhsulların dizaynı ilə məşğulam: istifadəçi tədqiqatından və wireframe-lərdən prototipləşdirməyə və yekun UI-a qədər bütün dizayn prosesində təcrübəm var. Sadə, praktik həllər yaratmağa üstünlük verirəm, WCAG 2.2 AA standartlarına əməl edirəm və developerlər ilə sıx əməkdaşlıq edirəm.
CROCUSOFT LLC
UX/UI dizayn komandasına rəhbərlik edir, veb və mobil layihələr üzrə gündəlik dizayn işlərini idarə edirəm. Dizaynları yoxlayır, rəy verir və layihələr arasında ardıcıllığı qoruyuram.
QUBIT ELECTRONICS (BriteMinds)
E-commerce veb saytının, CMS və tədbir idarəetmə platformasının istifadəçi təcrübəsini hazırladım. Satış konversiyasını artırmaq üçün istifadəçi səyahətini yenidən layihələndirdim və A/B testləri apardım.
CRINFO TASK MMC
İstifadəçi tədqiqatları apardım və dizayn strategiyasını müəyyənləşdirdim. Checkout prosesini optimallaşdırıb üç ay ərzində istifadəçi itkisini 20% azaltdım. 100.000-dən çox yükləmə olan mobil tətbiqi uğurla hazırladım (30 gün ərzində, 4.8/5 reytinq).
GIANNA STONE COMPANY
Qrafik və UX/UI dizayn layihələri üzərində frilans əsasında işləmişəm.
THE SCALE HUB
Qrafik dizayn layihələri üzərində frilans əsasında işləmişəm.
Peşə təhsili · Təkmil UX/UI dizayn
Peşə təhsili · Qrafik və veb dizayn