Anbardar
Anbar əməliyyatları və istehsalat uçotu sahəsində praktiki təcrübəyə malik, diqqətli və məsuliyyətli əməkdaş. Məhsulların qəbulu, anbar qalığının izlənməsi, qaimələrin işlənməsi və istehsalat üzrə xammal sərfiyyatına nəzarət sahəsində təcrübəlidir. İKO sistemində texnoloji xəritələr, reseptlər və maya dəyəri ilə bağlı əməliyyatları yerinə yetirir.
Qənnadı və çörək istehsalı
Məhsulların qəbulu, yerləşdirilməsi və anbar qalığının yoxlanılması. Mal giriş-çıxışının və xammal hərəkətinin uçotu. Qaimələrin hazırlanması, yoxlanılması və sifarişlərin izlənməsi. İstehsalata verilən xammalın sərfiyyatına nəzarət. İnventarizasiya və qalıqlar üzrə hesabatların aparılması.