İT mütəxəssisi
Helpdesk / IT texniki dəstək sahəsində praktiki təcrübəyə malik mütəxəssisəm. İstifadəçi müraciətlərinin qəbulu və diaqnostikası, Windows 10/11 quraşdırılması və sazlanması, Microsoft Office və Outlook dəstəyi, printer və periferiya qurğularının qoşulması, lokal şəbəkə və internet bağlantısı problemlərinin ilkin həlli üzrə bacarıqlarım var. Uzaqdan dəstək vasitələri ilə operativ yardım göstərir, problemləri sənədləşdirir və zəruri hallarda Sistem Administratoruna eskalasiya edirəm.
Agricultural Services Agency — Kənd Təsərrüfatı Nazirliyi
Böyük həcmli ERP sisteminin kod bazasının analizi; istehsalat mühitində kritik xətaların müəyyənləşdirilməsi və aradan qaldırılması. MSSQL sorğularının optimallaşdırılması ilə API-nin orta cavab müddətinin 40% azaldılması. C#/.NET ilə backend funksionallığın inkişafı.
AVICOM
İşçi kompüterlərinin və IT avadanlıqlarının texniki dəstəyi, Windows quraşdırılması və sazlanması, printer və periferiya qurğularının quraşdırılması, şəbəkə problemlərinin ilkin həlli, texniki müraciətlərin cavablandırılması və sənədləşdirilməsi.
SMB IT
İstifadəçi müraciətlərinin qəbulu, diaqnostikası və həlli, Windows 10/11 quraşdırılması, yeni işçilər üçün kompüter hazırlanması, Microsoft Office dəstəyi, LAN/Wi-Fi problemlərinin diaqnostikası, uzaqdan dəstək, həll olunmayan problemlərin eskalasiyası.
Bakalavr · Kompüter Mühəndisliyi
Magistr · Kompüter Elmləri