Data Analitik
Riyaziyyat bazasına və İnformasiya Təhlükəsizliyi üzrə magistr dərəcəsinə sahib data analitikəm. Hazırda Araz Supermarket MMC-də analitika üzrə mütəxəssis kimi çalışıram. Pərakəndə satış sahəsində SAP ERP sistemindən və məlumat bazalarından böyük həcmli tranzaksiya datalarının çıxarılması, təmizlənməsi və təhlili ilə məşğulam. SQL, Power BI, Python və Excel vasitəsilə gündəlik hesabatların avtomatlaşdırılması, KPI göstəricilərinin izlənməsi və interaktiv dashboard-ların qurulması üzrə təcrübəm var.
Araz Supermarket MMC
Gündəlik hesabat hazırlama müddətini 10 saatdan 6 saata endirmiş və iş axınının effektivliyini 40% artırmışam. Məlumatların təmizlənməsi və validasiyası proseslərini strukturlaşdıraraq hesabatlarda xətaları 30% azaltmışam. SAP ERP və SQL bazalarından satış və tranzaksiya datalarını çıxarır, təmizləyir və hesabatlar üçün hazırlayıram. Power BI-da interaktiv dashboard-lar qurur və yeniləyirəm, satış meyllərini analiz edirəm.
83 nömrəli məktəb-lisey
200-dən çox şagirdə alqoritmlər, verilənlər bazası anlayışları və strukturlaşdırılmış problem həlletmə üzrə dərs keçmişəm. Şagirdlərin akademik qiymətləndirmə datalarını analiz edərək tədris proqramının nəticələrini yaxşılaşdırmaq üçün çalışmışam.
Təhsil Texnologiyaları Mərkəzi
Texnologiya, alqoritmik düşüncə və məntiqi məsələlərin həlli üzrə praktiki təlimlər təşkil etmişəm.
Magistr · Dövlət informasiya sistemlərinin təhlükəsizliyi
Bakalavr · Riyaziyyat və informatika müəllimliyi
Peşə təhsili · Data Analitik