Mühasib
Mühasibatlıq və maliyyə əməliyyatları sahəsində 10 ildən çox təcrübəyə malik peşəkaram. DSMF, vergi və statistika hesabatlarının düzgün və vaxtında hazırlanmasında ixtisaslaşmışam. Eyni zamanda sosial mediada (xüsusilə LinkedIn) maliyyə sahəsində maarifləndirici kontent yaradıram və sahibkarları mühasibatlıq məsələlərində dəstəkləyirəm. "Adrianın Gündəliyi" və "Dumandakı Lövbər" əsərlərinin müəllifiyəm.
İNVEST-AZ İnvestisiya Şirkəti QSC
Ödəniş sənədlərinin yoxlanması və arxivləşdirilməsi, hesabat məlumatlarının hazırlanması, debitor və kreditor hesabatları, mühasibat (maliyyə) hesabatlarının tərtib və təqdimi, daxili və xarici ödənişlərin işlənməsi, hökümət portalları və internet banking ilə iş.
Boa Agency ASC
Müştəri şirkətlərin mühasibat uçotunun aparılması və aylıq hesabatların hazırlanması, əmək haqqı və digər xərclərin uçotu, bank və kassa əməliyyatlarının işlənməsi, vergi və sosial ödənişlərin təqdimi.
Resant Consulting and Management MMC (Resant Group)
Ödəniş sənədlərinin yoxlanılması, gündəlik və aylıq hesabatların tərtibi, müştəri borclarının analizi, əsas vəsaitlər və mal-material uçotu.
Pacific Meyvə Bağları MMC
Bank, kassa və provayder əməliyyatlarının 1C-də işlənməsi, əmək haqqının hesablanması, vergi və sosial ödənişlər, ezamiyyə haqqları, rəsmi hesabatların (DSMF, statistika, vergi) tərtibi.
Modenis MMC (eManat)
Bank, kassa və provayder əməliyyatlarının 1C-də işlənməsi, fiziki qalıqların uçot məlumatları ilə yoxlanılması, provayderlərlə yığımların üzləşdirilməsi, nağd pul vəsaitlərinin qəbulu.
ZaminBank QSC Uğur filialı
Fiziki və hüquqi şəxslər üçün cari və ssuda hesablarının açılması və əməliyyatların aparılması, sürətli pul köçürmələri, kommunal ödənişlər, kredit ödənişlərinin qəbulu.
Bakalavr · Ümumi iqtisadiyyat - iqtisadçı