Qeydiyyatçı
Komanda ilə işləməyə açıq, həmçinin müstəqil qərarlar verə bilən, çevik və insanlarla sağlam ünsiyyət qurmağı bacaran əməkdaşam. Yüksək məsuliyyət və dəqiqlik tələb edən işlərdən çəkinmirəm. İş təcrübəm ərzində operativlik, sənədlərlə düzgün işləmə və vətəndaşlara düzgün yanaşma bacarıqları qazanmışam. Sürətlə dəyişən mühitlərə asanlıqla uyğunlaşır, iş prosesində yaranan çətinlikləri vaxtında aradan qaldırmaq üçün çalışıram.
Medical Plaza
Pasiyentlərin və ziyarətçilərin qarşılanması, qeydiyyatının aparılması və müraciətlərinin operativ şəkildə yönləndirilməsi. Daxil olan zənglərin cavablandırılması, görüş və qəbul prosesinin koordinasiya edilməsi.
Nəsimi rayon İcra şöbəsi
İcra məmurunun icraatında olan sənədlərin hazırlanması və rəsmiləşdirilməsi. Akt, ərizə, izahat və digər hüquqi sənədlərin yazılmasında dəstək göstərilməsi. İcra icraatına aid sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi. Vətəndaş müraciətlərinin qəbulu və müvafiq sənədlərin hazırlanmasına kömək edilməsi. Rəsmi yazışmaların hazırlanması və sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi.
Nəsimi rayon İcra şöbəsi
Vətəndaş qəbulunun təşkili və daxil olan sənədlərin qeydiyyatı, qəbulu və icrasına nəzarətin həyata keçirilməsi. Şöbədən xaric olunan rəsmi məktubların hazırlanması və poçt vasitəsilə vaxtında göndərilməsinin təmin edilməsi.
Klass satış şirkəti
Daxil olan və göndərilən sənədlərin qəbulu, qeydiyyatı və sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi. Sənədlərin elektron və yazılı formada sistemləşdirilməsi, məlumat bazasına daxil edilməsi və arxivləşdirilməsi.
Bakalavr · Subbakalavr