Mağaza administratoru
Pərakəndə satış və mağaza idarəetməsi sahəsində 8 illik fasiləsiz iş təcrübəsinə malik administratoram. Satıcı-kassir vəzifəsindən başlayaraq mağaza administratoru pilləsinə qədər yüksəlmişəm; heyətin idarə olunması, kassa intizamı, mal dövriyyəsi və müştəri məmnuniyyəti sahəsində zəngin təcrübə qazanmışam.
"OBA" Marketlər Şəbəkəsi
Mağazanın ümumi fəaliyyətinə, gündəlik ticarət əməliyyatlarına və işçi heyətinə rəhbərlik. Kassa və POS-terminal əməliyyatlarının dəqiqliyinə nəzarət, inkassasiya və kassa intizamının təmin olunması. Anbar qalıqlarının idarə olunması, mal dövriyyəsinə nəzarət və dövri inventarlaşdırma işlərinin təşkili. Müştəri xidməti keyfiyyətinin artırılması və mağaza daxili nizam-intizamın qorunması.