Mühasib
Mühasibatlıq sahəsində bank, dövlət və özəl sektorda iş təcrübəsinə malikəm. 1C, ERP, Internet Banking və elektron dövlət portallarında sərbəst işləyirəm. Vergi və statistik hesabatların hazırlanması, debitor-kreditor hesablaşmaları və maliyyə əməliyyatlarının aparılması üzrə praktiki təcrübəm var. Məsuliyyətli, diqqətli və nəticəyönümlü mütəxəssisəm.
MR Kemikal MMC
Bank əməliyyatlarının aparılması, kassa və pul vəsaitlərinin uçotu, xərclərin planlaşdırılması və təhlili, alış əməliyyatlarının uçotu, kreditor hesablaşmalarının üzləşdirilməsi, elektron qaimə və maliyyə sənədlərinin hazırlanması, vergi hesabatlarının (ƏDV, ÖMV, vahid bəyannamələr) hazırlanması, elektron dövlət portallarında əməliyyatların icrası.
EVOLOT MMC
Gündəlik maliyyə və bank əməliyyatlarının icrası, maliyyə və vergi hesabatlarının hazırlanması.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası
Əməkhaqqı, məzuniyyət, ezamiyyət və son haqq-hesab ödənişlərinin hesablanması, dövlət satınalmaları üzrə sənədlərin hazırlanması və icrasına nəzarət, elektron dövlət portallarında əməliyyatlar, maliyyə hesabatlarının hazırlanması, statistik məlumatların toplanması və Səhiyyə Nazirliyinə hesabat.
Zaminbank ASC–Qala filialı
Müştərilərə bank məhsul və xidmətləri üzrə xidmətin göstərilməsi, kredit müqavilələrinə nəzarət, ölkədaxili və beynəlxalq pul köçürmələrinin icrası, problemli kredit portfelinin izlənilməsi, xəzinədarlıq əməliyyatları, rüblük maliyyə hesabatlarının hazırlanması, kargüzarlıq və arxiv işi.
Ali & Nino Kitab Evi
Satış prosesinin təşkili və gündəlik hesabatların hazırlanması, kollektivin idarə olunması, anbar əməliyyatlarının və mal-material ehtiyatlarının uçotu və nəzarəti, inventarizasiyanın keçirilməsi.
Bakalavr · İnzibati idarəetmə
Peşə təhsili · Hüquqi işlər üzrə kiçik mütəxəssis (fərqlənmə ilə)