Front-end Developer
Müasir veb texnologiyalar üzrə biliklərə və təmiz, adaptiv və istifadəçi yönümlü interfeyslər yaratmağa güclü marağa malik motivasiyalı Front-End Developer. IT Brains Academy-ni yeni bitirmişəm və HTML, CSS, JavaScript və Figma kimi müasir front-end alətlərində praktiki təcrübə əldə etmişəm. Problemlərin həlli, komanda ilə işləmə və davamlı öyrənmə bacarıqlarına sahibəm. Real layihələrdə iştirak etməyə və dinamik inkişaf mühitində böyüməyə hazıram.
Health Management Website (Portfolio layihəsi)
React ilə qurulmuş sağlamlıq idarəetmə tətbiqinin front-end hissəsində çalışdım. Qida planı, məşq proqramları, alış siyahısı və xəbərlər bölməsi üçün UI komponentlər hazırladım. REST API inteqrasiyası ilə dinamik məlumatların göstərilməsini təmin etdim. State management, conditional rendering və error handling tətbiq etdim. Frontend-backend problemlərini debug edib həll etdim.
Elora Furniture Website (Portfolio layihəsi)
Elora adlı mebel e-commerce saytının front-end hissəsini hazırladım. Məhsul siyahıları, məhsul səhifələri və favorites funksiyasını yaratdım. React ilə reusable komponentlər quraraq istifadəçi dostu interfeys hazırladım. Dinamik render və state management tətbiq etdim. API inteqrasiyası edərək məhsul məlumatlarını göstərdim. UI/UX inkişafı, performans optimizasiyası və bug fix üzərində işlədim.
AstroFind Zodiac Sign Finder Website (Portfolio layihəsi)
İstifadəçilərin doğum tarixlərinə əsasən bürclərini göstərən dinamik veb tətbiq hazırladım. HTML, CSS, JavaScript və React istifadə edərək təmiz dizayn və adaptiv layoutlar qurdum. İstifadəçi testləri apararaq tətbiqin sadəliyini və istifadəyə yararlılığını yoxladım. Responsiv dizayn və animasiyalar vasitəsilə istifadəçi təcrübəsini yaxşılaşdırdım. Kristallar, tarot kartları və astrologiya kitabları olan shop bölməsi əlavə etdim. Dinamik məhsul siyahıları və filtrasiya ilə rahat alış təcrübəsi yaratdım.
Bakalavr · İnformasiya Təhlükəsizliyi