Biznesin inkişafı üzrə mütəxəssis
UNEC-də Biznesin idarə olunması ixtisası üzrə ali təhsil almışam. Məsuliyyətli, intizamlı, məqsədyönlü və yeniliklərə açıq biriyəm. Analitik düşünmə, ünsiyyət və komanda ilə işləmək bacarıqlarına malikəm. Yeni bilik və təcrübələr qazanmağa, peşəkar bacarıqlarımı inkişaf etdirməyə həvəsliyəm. Verilən tapşırıqları diqqətlə və vaxtında yerinə yetirməyə, çalışacağım müəssisənin inkişafına töhfə verməyə motivasiyalıyam.
ABC-telecom MMC
Potensial müştərilərin müəyyən edilməsi və yeni müştərilərin cəlb olunması. Müştərilərə şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilməsi. Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və ya xidmətlərin təklif edilməsi. Satış danışıqlarının aparılması və müqavilələrin bağlanması. Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi. Satış planlarının və aylıq hədəflərin yerinə yetirilməsi. Müştərilərin sual, müraciət və şikayətlərinin cavablandırılması. Rəqib şirkətlərin və bazarın araşdırılması.
Bakalavr · Biznesin idarə edilməsi