Video Montaj / Video editor
Yeni əməkdaşlıqlara açığam və maraqlı təklifləri məmnuniyyətlə dəyərləndirərəm. Əsas məqsədim yalnız yeni layihələrdə iştirak etmək deyil, həm də uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qurmaqdır. Yeni təcrübələr qazanmağa, öyrənməyə və birlikdə gözəl nəticələr əldə etməyə həmişə hazıram.
COMFORT EURASIA
İnşaat sistemləri sahəsində fəaliyyət göstərən şirkət üçün video çəkilişi, montaj və kontent yaradılması ilə məşğulam. Çəkiliş prosesindən tutmuş videonun son montajına qədər bütün mərhələləri özüm həyata keçirirəm. Sosial media, marketinq və brendin tanıdılması üçün cəlbedici və keyfiyyətli video kontent hazırlayıram.
COMFORT ACADEMY
Video montajı və animasiya sahəsində fəaliyyət göstərirəm. Biznes təhsili, sahibkarlıq və peşəkar inkişaf istiqamətlərində çalışan bu platforma üçün video materialların montajını, animasiyaların və hərəkətli qrafik elementlərin hazırlanmasını həyata keçirirəm.
Bakalavr · İngilis dili müəllimi