Mütəxəssis
Bank və dövlət yönümlü qurumlarda praktiki təcrübəyə malik, müştəri xidməti və satış sahəsində nəticəyönümlü mütəxəssisəm. Bank sektorunda kart məhsullarının təqdimatı və satışında fəal iştirak edərək satış göstəricilərinin artırılmasına töhfə vermişəm. DİM və DOST Agentliyində qazandığım təcrübə isə məsuliyyət, operativlik və insanlarla düzgün ünsiyyət bacarıqlarımı inkişaf etdirib. Yeni biliklərə açıq, təşəbbüskar və komanda daxilində effektiv işləyən biriyəm.
Caspian İnvest BOKT
Kredit müraciətlərinin qəbulu və qiymətləndirilməsi, müştərinin ödəmə qabiliyyətinin təhlili, kredit sənədlərinin hazırlanması və yoxlanılması, kredit portfelinin idarə olunması, gecikmiş ödənişlərin izlənilməsi, müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi.
Kapital Bank
Kart məhsullarının təqdimatı və satışında iştirak, Cashback kartları barədə müştərilərin məlumatlandırılması, müştərilərin bank xidmətləri və şöbələr üzrə yönləndirilməsi, valyuta mübadiləsi və ödəniş xidmətləri üzrə dəstək, müştəri suallarının cavablandırılması və xidmət prosesinin təşkili.
Dövlət İmtahan Mərkəzi
İmtahan iştirakçılarının qarşılanması və yönləndirilməsi, imtahan prosesinin təşkilinə və nəzarətinə dəstək, sənədlərin yoxlanılması və təşkilati işlərin icrası, server və sistemlərin işləkliyinin yoxlanılmasına dəstək.
DOST Agentliyi
ƏMAS və SİMA sistemlərində vətəndaşların qeydiyyatına dəstək, vətəndaşların qarşılanması və elektron xidmətlər üzrə yönləndirilməsi, elektron xidmətlərdən istifadə zamanı texniki dəstək göstərilməsi.
Bakalavr · Tarix