Hüquqşünas
Hüquq sahəsində təcrübəsi olan, dövlət qurumlarında və könüllü təşkilatlarda çalışmış hüquq təcrübəçisiyəm. Vətəndaş müraciətləri ilə işləmək, sənədləri təhlil etmək və ictimai tədbirləri təşkil etmək bacarığına malikəm.
Dövlet Kadastr və Daşınmaz Əmlak Reyestri Publik Hüquqi Şəxsi
Daşınmaz əmlakın qeydiyyatı, mülkiyyət şəhadətnamələri və texniki pasportlar üzrə vətəndaşlara hüquqi məsləhət verilməsi. Müraciətlərin və sənədlərin yoxlanması, rədd cavablarının hazırlanması, məhkəmə yazışmalarının aparılması.
Femida Könüllüləri
PR və sosial layihələrin planlaşdırılması və həyata keçirilməsi, media və ictimai əlaqələrin dəstəklənməsi, layihə sənədlərinin və hesabatların hazırlanması.
Sabah Law Network Tələbə və Məzunları
Tələbə və məzunlar arasında networking imkanlarının yaradılması, seminar və workshopların planlaşdırılması və koordinasiyası.
Asiyada Qarşılıqlı Əlaqə və Etimad Tədbirləri Konfransı (CICA)
CICA Gənclər Şurasının 8-ci iclasının təşkili və koordinasiyası, tədbir logistikası və iştirakçılarla əlaqənin təmin edilməsi.
Azərbaycan Respublikasının Ali Məhkəməsi
İctimai tədbirlərin, görüşlərin və daxili kommunikasiyanın təşkili və koordinasiyası. Media monitorinqi və hesabatların hazırlanması.
COP29 BMT İqlim Dəyişikliyi Konfransı
Tədbir iştirakçılarının shuttle xidmətlərinə istiqamətləndirilməsi, axının idarə olunması və nəqliyyat komandası ilə koordinasiya.
Azərbaycan Respublikasının Insan Hüquqları Üzrə Komissarı (Ombudsman)
Vətəndaş şikayət və müraciətlərinin qeydiyyatı və emalı, insan hüquqlarının qorunması ilə bağlı sənədlərin hazırlanması və təhlili.
Bakalavr · Hüquq
Magistr · Biznesin idarə edilməsi (ümumi)