Ofis meneceri
Müxtəlif sahələrdə iş təcrübəsinə malikəm. Müştərilərlə ünsiyyət, məlumatların işlənməsi, sifarişlərin idarə olunması və gündəlik iş proseslərinin təşkili üzrə bacarıqlara sahibəm. MS Excel, Word, Google Sheets və digər rəqəmsal alətlərlə işləməyi bacarıram. Məsuliyyətli, diqqətli, ünsiyyətcil və öyrənməyə açıq biriyəm. Ofis və inzibati işlər sahəsində bilik və təcrübəmi inkişaf etdirmək istəyirəm.
My Home Clean.az
- Sosial media hesablarının idarə edilməsinə dəstək göstərilməsi. - Instagram üçün post və Stories kontentlərinin hazırlanması və paylaşılması. - Foto və video çəkilişlərinin həyata keçirilməsi. - Sosial media üçün mətn və vizual materialların hazırlanması. - Müştərilərdən gələn mesajların və müraciətlərin cavablandırılması. - İşçilərin axtarışı və vakansiyaların yerləşdirilməsi. - Namizədlərlə ilkin ünsiyyətin qurulması. - Gündəlik iş proseslərinin planlaşdırılmasına və koordinasiyasına dəstək göstərilməsi.
Home Market
Shopify platforması vasitəsilə onlayn mağazanın məhsul kataloqunun doldurulması və idarə olunması. Məhsulların adlarının, kodlarının və digər məlumatlarının sistemə daxil edilməsi. Excel və Google Sheets cədvəlləri ilə işləmək və məhsul məlumatlarının yoxlanılması. Məhsullara uyğun fotoşəkillərin axtarılması və seçilməsi. Adobe Photoshop vasitəsilə məhsul şəkillərinin ağ fonda hazırlanması və redaktə edilməsi. Məhsul şəkillərinin və məlumatlarının Shopify platformasına əlavə edilməsi. Məhsulların yerləşdirilməsinin Excel cədvəllərində qeydiyyatının aparılması və izlənilməsi.
The Golden Gate Group
- Hazır fotoşəkillər əsasında sosial media postlarının hazırlanması. - Fotoşəkillərin rəng korreksiyasının və vizual redaktəsinin həyata keçirilməsi. - Süni intellekt (AI) alətləri vasitəsilə fotoşəkillər əsasında reklam videolarının hazırlanması. - Sosial media səhifələri üçün vizual kontentin hazırlanması. - Hazırlanmış foto və video materialların şirkət menecerinə təqdim edilməsi.
Garant Service
- Hazır çertyojların CorelDRAW proqramına köçürülməsi və vektor formatında hazırlanması. - Metal və taxta materialların kəsilməsi üçün dizayn fayllarının hazırlanması. - Çertyojların ölçülərə və texniki tələblərə uyğun işlənməsi. - İstehsalat prosesi üçün qrafik faylların hazırlanması və redaktə edilməsi.
Freelance / Müxtəlif müştərilərlə əməkdaşlıq
- Müxtəlif şirkətlər və fərdi müştərilər üçün qrafik dizayn layihələrinin hazırlanması. - Sosial media platformaları üçün post və reklam dizaynlarının yaradılması. - Loqo dizaynı və korporativ üslubun hazırlanması. - Brend identikliyinin və vizual konsepsiyaların yaradılması. - Çap məhsulları və reklam materiallarının dizayn edilməsi. - Instagram səhifələrinin vizual tərtibatı. - Müştərilərlə ünsiyyət, sifarişlərin qəbulu və layihələrin razılaşdırılması. - Dizayn layihələrinin müəyyən edilmiş müddətdə təhvil verilməsi.
Star Liqa
- Sosial media platformaları üçün qrafik dizaynların hazırlanması. - Futbol liqasının sosial şəbəkə hesabları üçün reklam və məlumat xarakterli postların dizayn edilməsi. - Vizual materialların hazırlanması və sosial media formatlarına uyğunlaşdırılması. - Brendin vizual üslubuna uyğun dizaynların yaradılması.
Lavish Concept Store
Müştərilərə məhsullar haqqında məlumat verilməsi və məsləhətlərin təqdim olunması. Müştərilərlə telefon və Instagram Direct vasitəsilə ünsiyyət. Sosial şəbəkələrdə gələn mesajların və şərhlərin cavablandırılması. Instagram üçün dizayn postlarının hazırlanması və paylaşılması. Hazır kontentlərin paylaşılması və Stories-lərin yerləşdirilməsi. Onlayn sifarişlərin qəbulu və rəsmiləşdirilməsi. Sifarişlərin kuryer xidməti vasitəsilə göndərilməsinin təşkili. Yeni məhsulların qəbulu, yoxlanılması və çeşidlənməsi. Müştərilərə məhsul seçimində kömək göstərilməsi.
Ali & Nino
- Müştərilərə kitablar haqqında ətraflı məlumat verilməsi və seçim zamanı məsləhətlərin göstərilməsi. - 1C proqramı vasitəsilə satış və kassa əməliyyatlarının həyata keçirilməsi. - Yeni daxil olan məhsulların qəbulu və yoxlanılması. - Məhsullara endirimlərin tətbiq edilməsi və endirim məlumatlarının yerləşdirilməsi. - Microsoft Excel proqramında cədvəllərin hazırlanması və məlumatların daxil edilməsi. - Günün sonunda satış hesabatlarının Excel formatında hazırlanması və göndərilməsi. - Məhsulların satışa hazırlanması və rəflərdə yerləşdirilməsi.
Ali & Nino
- Müştərilərə kitablar haqqında məlumat verilməsi və seçim zamanı köməklik göstərilməsi. - Kitab və digər məhsulların satışı. - Müştərilərlə ünsiyyət və onların suallarının cavablandırılması.
Lavie Global
- Müştərilərə parfümeriya məhsulları haqqında məlumat verilməsi və seçim zamanı məsləhətlərin göstərilməsi. - Məhsulların satışı və müştərilərə xidmət göstərilməsi. - Kassa əməliyyatlarının həyata keçirilməsi. - Satış prosesinin düzgün və operativ şəkildə aparılması.
Peşə təhsili · Qrafik Dizayner
Peşə təhsili · SMM
Orta təhsil
Orta təhsil