Korporativ müştərilərə xidmət üzrə mütəxəssis
Məsuliyyətli və inkişaf etməyə açıq bir mütəxəssisəm. Biliklərimi və bacarıqlarımı şirkətin inkişafı üçün istifadə etmək, eyni zamanda peşəkar təcrübəmi artırmaq istəyirəm. Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirir, komandada faydalı rol oynamağa çalışıram.
Ferrum Capital
Maliyyə analizləri apardım, investisiya layihələrinin rentabelliyini qiymətləndirdim. Müştəri portfelini genişləndirmək üçün strategiyalar hazırladım və tətbiq etdim. Hesabatların hazırlanmasında dəqiqlik və vaxtında təqdimat prinsiplərinə riayət etdim. Müştərilərin kredit ödənilməsinə nəzarət etdim və daha çox müştəri yönümlü işlər apardım. Müştəri portfelim hər zaman yüksək faiz ilə tamamlandı.
Adərbaycan Beynəlxalq Bankı
Müştəri sorğularını cavablandırdım və müştəri məmnuniyyətini artırmaq üçün effektiv həllər təqdim etdim. Müştəri məlumatlarını sistemə daxil etdim və müvafiq hesabatlar hazırladım. Problemlərin sürətli həlli üçün komanda ilə əməkdaşlıq etdim. Müştəri şikayətlərini analiz edərək, xidmət keyfiyyətini yüksəltmək üçün təkliflər irəlilədim.
Azərbaycan Beynəlxalq Bankı
Rəqəmsal marketinq strategiyalarını hazırladım və icra etdim. Sosial media kampaniyalarının nəticələrini analiz etdim, müştəri əlaqələrini gücləndirdim. Eyni zamanda, onlayn seminarlar təşkil edərək iştirakçıların sayını artırdım. Müxtəlif rəqəmsal platformalarda brendin tanınmasını yüksəltdim.
Grandmart MMC
Müştəri xidmətlərini idarə etdim, müştəri şikayətlərini həll etdim və xidmət keyfiyyətini artırdım. Anbarın inventarizasiyasını həyata keçirdim və məhsul tədarükünü optimallaşdırdım. İşçi heyətinin gündəlik fəaliyyətini təşkil etdim və əməkdaşların təlimini təmin etdim.
Azərenerji ASC
Müxtəlif layihələrdə iştirak etdim, məlumatların toplanması və təhlilini həyata keçirdim. Komanda ilə birlikdə enerji istehsalı proseslərini öyrəndim və hesabatların hazırlanmasında dəstək verdim. İdarəetmə sistemlərinin optimallaşdırılması üzrə təkliflər irəlilədim.
Magistr · Menecment
Bakalavr · Biznesin idarə edilməsi