Sosial Media Marketinq (SMM) mütəxəssisi
Müştəri xidmətləri, korporativ təmsilçilik və sosial layihələrin təşkili sahəsində təcrübəyə malik, məsuliyyətli mütəxəssisəm. Güclü stress idarəetməsi, operativ problem həlli və effektiv ünsiyyət bacarıqlarım var. Rəqəmsal media, Canva və SMM sahəsində fərdi layihə təcrübəm mövcuddur.
Tələbə Birliyi Təşkilatı (TBT)
Təşkilatın rəsmi sosial media hesablarının (Instagram, TikTok) idarə olunması və vizual kontent planının hazırlanması. Canva vasitəsilə elanların, tədbir afişalarının və korporativ vizualların dizaynı.
Bravo və Bazarstore
Ölkənin ən böyük supermarket şəbəkələrində yüksək müştəri axınını idarə etmək, korporativ xidmət standartlarını və müştəri məmnuniyyətini təmin etmək. Nağd və nağdsız pul dövriyyəsini və kassa hesabatlarını daxili prosedurlara uyğun icra etmək.
Comelson Şirkəti (İbC Şirkətinin Təmsilçisi)
Şirkət maraqlarının rəsmi və korporativ səviyyədə təmsil edilməsi. İşgüzar danışıqların aparılması, tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması, brend imicinin qorunması.
Tələbə Birliyi Təşkilatı (TBT)
Sosial layihələrin, rəsmi seminarların və genişmiqyaslı tədbirlərin planlaşdırılması və koordinasiyası. Komanda daxilində iş bölgüsünün aparılması və kütlə qarşısında çıxış.
Peşə təhsili · Telekommunikasiya şəbəkələri və xətləri