Ofis meneceri
Ali təhsilli, layihələr üzrə sənədləşmə və hesabatlılıq, məlumatların sistemləşdirilməsi, ödənişlərin və hesab-fakturaların izlənilməsi, satış və müştəri xidməti sahələrində təcrübəli mütəxəssisəm. Rəsmi sənədlərin və işgüzar yazışmaların hazırlanması, MS Word və Excel üzərində hesabatlılıq, Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, məsuliyyətlilik, diqqətlilik və təşkilatçılıq bacarıqları ilə rəhbərliyin tapşırıqlarının vaxtında icrasını təmin edirəm.
REAL BEAUTY MMC
Əməliyyat və layihələr üzrə sənədləşmə və hesabatlılıq prosesinin aparılması, malların hərəkətinin sistemləşdirilməsi və MS Excel-də hesabatların hazırlanması. Ödənişlərin, hesab-fakturaların və maliyyə sənədlərinin izlənilməsi, sifarişlərin siyahı üzrə toplanıb təhvil-təslimə hazırlanması. Tərəfdaşlar, nəqliyyat şirkətləri, gömrük brokerləri, anbarlar və təchizatçılarla rəsmi yazışmaların aparılması, şərtlərin razılaşdırılması və rəhbərliyin tapşırıqlarının vaxtında icrası.
TAM İNŞAAT MMC
Yeni və mövcud müştərilərlə işgüzar münasibətlərin qurulması, bazar araşdırması və tərəfdaşlarla rəsmi yazışmaların, zənglərin və görüşlərin təşkili. Korporativ layihələr üzrə kommersiya təkliflərinin və rəsmi sənədlərin hazırlanması, müqavilələrin, hesab-fakturaların və ödənişlərin izlənilməsi, məlumatların sistemləşdirilməsi. Müştəri ehtiyaclarına uyğun təqdimatların aparılması, satış danışıqları və nəticəyönümlü yanaşma ilə hədəflərin icrası.
Bakalavr · Beynəlxalq münasibətlər