Sosial Media Marketinq (SMM) mütəxəssisi
Kontent strategiyası, sosial media idarəçiliyi, rəqəmsal kampaniyalara dəstək və CRM əsaslı müştəri kommunikasiyası üzrə praktiki təcrübəyə malik təşəbbüskar marketinq mütəxəssisiyəm. Cənubi Koreyada ikili diplom üzrə beynəlxalq təhsil təcrübəmi və güclü analitik bacarıqlarımı kontent təqviminin idarə edilməsi, cəlbedici mətnlərin hazırlanması və komandalararası koordinasiya proseslərinə tətbiq edirəm.
The Blend Magazine
Beynəlxalq rəqəmsal nəşr üçün bazar və trend araşdırmaları apararaq həftəlik 12–15 kontent ideyası və post mətni hazırlayıram. Canva və Figma ilə vizual materiallar tərtib edir, kontent təqvimini və yayımlama prosesini idarə edirəm. Rəqib analizi və böyümə hesabatları hazırlayıram.
International Medical Center
İki əsas sosial media platformasında həkimlərin hesablarını idarə edir, pasiyentlər üçün maarifləndirici kontent strategiyası qururam. Peşəkar video çəkilişi və montajla gündəlik 4–5 Story və aylıq 10+ Reels paylaşımı təmin edirəm.
Peerstack Academy
Rəqiblərin rəqəmsal fəaliyyətini təhlil etmiş, qısa video (Reels) məzmununun ssenari və istehsal prosesində iştirak etmişəm. Chatwoot, Meta Business Suite və daxili CRM vasitəsilə lead qeydiyyatını və müştəri kommunikasiyasını idarə etmişəm.
Bakalavr · Elektrik mühəndisliyi (ikili diplom proqramı)