Data Analitik
Kompüter elmləri təhsili və praktiki təcrübə əsasında formalaşmış data və biznes analitikiyəm. Excel, SQL və Power BI ilə məlumatların emalı, təhlili və vizuallaşdırılması, həmçinin C# və .NET texnologiyaları üzrə təcrübəyə malikəm. Analitik düşüncə və problem həlli bacarıqları ilə iş proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin qurulması istiqamətində çalışmışam.
Azərbaycan Beynəlxalq Bankı (ABB)
ABB-nin Rəqəmsal Maarifləndirmə proqramında iştirak; rəqəmsal transformasiya və bank sektorunda rəqəmsallaşma prosesləri üzrə biliklərin inkişafı. Məlumatların toplanması, ilkin emalı və strukturlaşdırılması; Excel və digər analitik alətlərlə təhlil, hesabat və vizual təqdimatların hazırlanması.
AGA GROUP
Məlumatların toplanması və təhlili, gündəlik hesabatların hazırlanması; Excel hesabat cədvəllərinin qurulması və yenilənməsi. İş proseslərinin izlənməsi, sənədləşmə və məlumatların idarə olunmasına nəzarət. Google AppSheet platformasında tətbiqlərin hazırlanması, proseslərin xəritələndirilməsi (process mapping) və optimallaşdırma imkanlarının qiymətləndirilməsi. Agile prinsipləri ilə tapşırıqların planlaşdırılması.
Bakcell “İnnovasiya və Süni intellekt” təqaüd proqramı
Telekommunikasiya və rəqəmsal xidmətlər sahəsində AI və ML modellərinin tətbiq imkanlarının araşdırılması. Big Data komplekslərinin ilkin emalı, təmizlənməsi və analitik hesabatlar üçün hazırlanması. İstifadəçi davranışı və şəbəkə göstəricilərinin təhlili, dashboardların qurulması.
Bakalavr · Verilənlərin təhlili
Bakalavr · Kompüter elmləri
Peşə təhsili · Data analitika
Peşə təhsili · Full Stack Developer