Sürücü
Su təchizatı xidmətləri və tikinti sahəsində 10 ildən artıq iş təcrübəm var. Azərsu ASC-də qeyri-əhali abonentlərinə nəzarətçi, RR Group MMC-də isə asfalt örtüyünün çəkilməsi və üfüqi qazma işləri üzrə mühəndis kimi çalışmışam. İş proseslərinin izlənməsi, texniki tələblərə riayət olunmasına nəzarət, məsələlərin həlli, texniki sənədləşmə və hesabatlarla işləmək sahələrində təcrübəm var. Komandada işləməyə və yeni iş istiqamətlərinə uyğunlaşmağa hazıram.Həmçinin işlədiyim şirkətdə mənə təyin olunmuş Ford Transit və Toyota Rav4 markalı avtomobilləri idarə etmişəm.
RR Group MMC
Asfalt örtüyünün çəkilməsi ilə bağlı iş proseslərinin texniki nəzarəti. Üfüqi qazma işlərinin gedişinin izlənməsi və texniki məsələlərin həllinə dəstək. İşlərin texniki tələblərə uyğunluğunun yoxlanması, sənədləşmə və hesabatlarla işləmək.
Azərsu ASC
Qeyri-əhali abonentləri üzrə nəzarət işlərinin aparılması. Müəyyən edilmiş qayda və tələblərə uyğunluğun izlənməsi. İşlə bağlı məlumatların qeydə alınması və gündəlik məsələlərin aidiyyati üzrə həlli.
Bakalavr · Ekologiya və torpaqşünaslıq