Təlimçi
İnsan resurslarının idarə edilməsi, kütləvi işə qəbul prosesləri və təlim-inkişaf (L&D) sistemlərinin sıfırdan qurulması üzrə geniş praktik təcrübəyə malik HR Menecerəm.
Parabokt ASC/Sizin Lombard
Şirkətin 51 filialı üzrə kütləvi və fərdi işə qəbul proseslərinin (End-to-End Recruitment) tam dövrünün idarə edilməsi və optimallaşdırılması. Şirkətin inkişaf strategiyasına uyğun İllik Təlim və İnkişaf planlarının hazırlanması; satış, müştəri xidmətləri və komanda inkişafı üzrə təlimlərin şəxsən tədrisi. Yeni əməkdaşlar üçün "Onboarding" proqramlarının tətbiqi nəticəsində sınaq müddətindən uğurla keçmə və işçi saxlama (retention) faizinin artırılması. Filial əməkdaşlarının performans göstəricilərinin (KPI) analizi və nəticələrə əsasən fərdi inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi. Rəhbərlik üçün aylıq HR, Recruitment və Təlim hesabatlarının (HR Analytics, Turnover rate və s.) hazırlanması..
Mobil Group
Logistika və daşınma xidmətləri üzrə satış strategiyasının hazırlanması və yeni korporativ (B2B) müştərilərin cəlb edilməsi. Bazar araşdırmalarının aparılması, rəqiblərin təhlili və yeni biznes imkanlarının, xidmət təkliflərinin formalaşdırılması. Satış komandasının idarə edilməsi, satış planlarının icrasına nəzarət və müştərilərlə kommersiya danışıqlarının aparılması.
Bizim Market MMC / Novas Home
30 filialı əhatə edən Təlim və İnkişaf (L&D) strategiyasının formalaşdırılması və tətbiqi. Məhsul bilikləri, satış texnikaları və müştəri məmnuniyyəti üzrə təlim modullarının, praktiki case-lərin hazırlanması. "On-the-job training" formatında filiallarda yerində təlimlərin təşkili və təlim effektivliyinin (Assessment, Feedback) mütəmadi qiymətləndirilməsi. Satış və əməliyyat komandalarının performansını artırmaq üçün davranış yönümlü inkişaf proqramlarının tətbiqi.
Sinteks MMC – Giorgio Armani
Premium müştəri xidməti standartlarının tətbiqi, VIP müştəri bazasının inkişafı və fərdi satış planlarının (KPI) mütəmadi icrası
Sabah Group – Mothercare
Mağazanın gündəlik əməliyyatlarının idarə olunması, komanda işinin koordinasiyası və xidmət standartlarının qorunmasına nəzarət
Azərbaycan Supermarket MMC (Bravo Hypermarket)
Satış proseslərinin effektiv icrası, mal qəbulu və vitrin tərtibatı. Yeni işçilərə mentorluq dəstəyinin göstərilməsi.
Ideal Parfumery cosmetics
Baş ofisin daxili və xarici təhlükəsizliyinin təmin edilməsi, buraxılış-nəzarət rejiminin tənzimlənməsi. Korporativ nizam-intizam qaydalarına riayət olunmasına nəzarət və təhlükəsizlik kameralarının mütəmadi izlənilməsi. Fövqəladə hallar və insidentlər zamanı operativ tədbirlərin görülməsi
Bakalavr · Biznesin Təşkili və İdarə Edilməsi
Orta təhsil