Mühasib
Maliyyə istiqamətində ali təhsilli mühasibəm. Mühasibat uçotu prinsiplərini və vergi qaydalarını yaxşı bilirəm, dəqiq, diqqətli və təşkilatçı işləyirəm. MS Office proqramlarında qabaqcıl istifadəçiyəm, 1C 8.3 üzrə təcrübəm var.
Asif-K MMC (Golden Coast Hotel)
Bank və kassa əməliyyatlarının 1C-yə işlənməsi, eqaimələrin yazılması, debitor və kreditorlarla hesablaşmalar, anbar uçotu, R-Keeper və Shelter proqramlarında hesabatların tərtibi, vergi və sosial-statistik hesabatların hazırlanması, kadr uçotu.
Legal Property and Consulting Company MMC
Bank və kassa əməliyyatlarının 1C-yə işlənməsi, yük gömrük bəyannamələrinin işlənməsi, vergi və sosial-statistik hesabatların hazırlanması, pul hərəkəti hesabatı, kadr uçotu.
Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC
Hərrac üçün sənədlərin hazırlanması, bank əməliyyatları, əmək haqqı və məzuniyyət hesablanması, bəyannamələrin hazırlanması, kameral məktublara cavab verilməsi.
Mobile Payment Systems MMC
Vergi və sosial-statistik hesabatların hazırlanması, gündəlik əməliyyatların 1C-yə işlənməsi, elektron vergi hesab fakturaları və elektron qaimələrin yazılması, debitor və kreditorlarla hesablaşmalar, əmək haqqının hesablanması, kadr uçotu.
Akhundoff Networks LTD
Debitor və kreditorlarla hesablaşmalar, bank və kassa əməliyyatları, vergi və digər məcburi ödənişlərin hesablanması, avans hesabatı, kadr uçotu.
Bakalavr · Ticarətin iqtisadiyyatı və marketinqi