Mühasib
Mühasibat uçotu, vergi hesabatlılığı və maliyyə əməliyyatları sahəsində təcrübəyə malik mütəxəssisəm. ƏDV, mənfəət vergisi, vahid bəyannamə və Dövlət Statistika Komitəsinə hesabatların hazırlanması, əməkhaqqının hesablanması, debitor və kreditor borclarının uçotu üzrə biliklərə sahibəm. Maliyyə sənədlərinin hazırlanması, məlumatların təhlili və dövlət qurumları ilə rəsmi yazışmaların aparılması sahəsində təcrübəliyəm. MS Office və 1C proqramları, həmçinin SQL, Python, Tableau və Power BI üzrə biliklərə malikəm.
“Baku Design Academy” MMC
ƏDV, mənfəət vergisi, vahid bəyannamə və Dövlət Statistika Komitəsi daxil olmaqla müvafiq dövlət qurumlarına təqdim edilən hesabatların hazırlanması. Dövlət qurumlarından daxil olan rəsmi məktubların (kameral sorğuların) cavablandırılması. İşçilərin əməkhaqqının vaxtında və düzgün hesablanmasının təmin edilməsi. Şirkətin maliyyə fəaliyyətinin və mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili siyasətlərə uyğun təşkil edilməsi.
Caspian Accounting Services MMC
ƏDV, mənfəət vergisi, vahid bəyannamə və Dövlət Statistika Komitəsi daxil olmaqla müvafiq dövlət qurumlarına hesabatların hazırlanması. Dövlət qurumlarından daxil olan rəsmi məktubların (kameral sorğuların) cavablandırılması. Müəssisənin aktiv və passivlərinin, debitor və kreditor borclarının, nağd vəsaitlərinin və mal qalığının uçotunun aparılması. Vergi öhdəliklərinin, gəlir və xərclərin, eləcə də maliyyə əməliyyatlarının uçotunun aparılması. Ödəniş və bank sənədlərinin hazırlanması; balans, mənfəət və zərər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatının 1C 8.3 proqramında tərtib edilməsi.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnno
Daxil olan zənglərin vaxtında və operativ cavablandırılması. Vətəndaşların tələbatlarının müəyyən edilməsi, məlumatların dəqiqləşdirilməsi və müraciətlərin araşdırılaraq cavablandırılması. Vətəndaşların şikayət və müraciətlərinin qəbul edilməsi, rəsmiləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi. Mövcud resurslardan istifadə etməklə tələb olunan məlumatların yoxlanılması və dəqiqləşdirilməsi. Rəsmi və sosial şəbəkələr üzərindən daxil olan müraciətlərin cavablandırılması.
Bakalavr · Beynəlxalq münasibətlər
Magistr · MBA – İnsan resurslarının idarə edilməsi (ingilis dilində)