Təcrübəçi
Ekologiya üzrə ali təhsilli (bakalavr, hazırda magistr təhsili alan) mütəxəssisəm. Ekologiya Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində və Xətai Rayon İcra Şöbəsində təcrübə keçmişəm, Ols Company-də isə borclularla işləmək üzrə iş təcrübəsi qazanmışam. Rəsmi sənədləşmə, qanunvericiliyin tətbiqi, araşdırma və təhlil, danışıqlar aparmaq və hesabatlılıq sahələrində bacarıqlara malikəm. Dəqiq, məsuliyyətli, stress altında işləməyi bacaran və öyrənməyə açıqam.
Xətai Rayon İcra Şöbəsi
İcra qanunvericiliyi və rəsmi sənədlərlə iş, sənədləşmə proseslərinin aparılması. İcra icraatı üzrə prosedurların praktik icrasında iştirak: borclunun avtomobilinə həbs qoyulması, inkasso sərəncamının hazırlanması, borclunun axtarışa verilməsi, əmək haqqından tutulma. Borclu tərəflərlə birbaşa ünsiyyət, prosedurların izahı və məsələlərin həlli. Qanunvericiliyin praktiki tətbiqi, hesabatlılıq.
Ols Company
İş rejimi 10:00–18:00; gündə 54 borclu ilə telefon danışıqları norması. Borcun vəziyyəti barədə məlumat vermək, danışıqlar aparmaq, ödəniş imkanlarını müəyyənləşdirmək. Borcluya uyğun ödəniş planı təklif etmək, müxtəlif faiz və məbləğli kreditlər üzrə geri qaytarılmanın təmin edilməsi. Borc yığımı proseslərini qanunvericiliyə və şirkət qaydalarına uyğun aparmaq. Müştəri və borc üzrə sənədlərin hazırlanması, dəqiq hesabatlılıq. Gündəlik zəng və ödəniş nəticələrinin izlənməsi.
Ekologiya Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
Rəsmi sənədləşmə, sənədlərin qeydiyyatı və qurumdaxili iş proseslərində iştirak. Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində qanunvericilik və normativ hüquqi aktlarla tanışlıq. Ekoloji qaydalara riayət olunması ilə bağlı materialların araşdırılması və təhlili. Məlumatların toplanması, sistemləşdirilməsi və hesabat hazırlanmasında köməklik.
Magistr · Ekologiya mühəndisliyi
Bakalavr · Ekologiya