Satış təmsilçisi
Korporativ müştərilərlə satış, müştəri bazasının idarəsi və bazar təhlili üzrə 5 ildən artıq təcrübəm var. Maliyyə və kredit ixtisası üzrə təhsilim hesabatların, ödənişlərin və göstəricilərin təhlilində əsasdır. Dəqiqlik, məsuliyyət və nəticəyə yönəlik yanaşma mənim üçün əsasdır.
“Horeca” MMC
Şirkətin məhsullarının satışının təşkili və xidmətlərinin göstərilməsinin təmin edilməsi; ayda minimum 3 yeni müştərinin cəlb olunması, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması; müştəri tələbatının öyrənilməsi; satış, borc və bazar təhlili üzrə hesabatların təqdimatı; mövcud müştərilərlə iş və ödənişlərin vaxtında tələb olunması.
“Şam-Fi” MMC
Soyuq zənglər vasitəsilə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; satış proseslərinin idarə olunması və məhsul cədvəllərinin hazırlanması; satış göstəricilərinin təhlili və inkişaf tədbirlərinin planlaşdırılması; rəhbərliyə dövri hesabatların hazırlanması.
“Paşasoy İnşaat” MMC
Korporativ müştərilər üçün xidmət paketləri, qiymət təklifləri və hesab-fakturaların hazırlanması; müştəri bazasının formalaşdırılması və idarə olunması; e-qaimələrin göndərilməsinə nəzarət; satış göstəricilərinin təhlili və rəhbərliyə hesabatların hazırlanması; işgüzar görüşlərin təşkili.
Nar Mobile
Yeni müştərilərin cəlb edilməsi və soyuq zənglərlə satış imkanlarının yaradılması; müştəri ehtiyaclarına uyğun tariflərin hazırlanması və təqdimatı; satış göstəricilərinin təhlili və dövri hesabatların hazırlanması.
Bakalavr · Maliyyə və kredit