Baş mühasib
Nizam-intizamlı, məsuliyyətli və işimə bağlı mütəxəssisəm. 10 ilə yaxın mühasibatlıq təcrübəm var. Market və aptek sahələrində mühasibat uçotu, baş mühasibatlıq, xəzinədarlıq, daxili hesabatlıq və kadr uçotu üzrə çalışmışam. LOGIX proqramında sərbəst işləyirəm. Komandada işləmək və komandanı idarə etmək bacarığına malikəm, yeni kollektivə tez uyğunlaşıram.
Səda Store MMC
Aylıq, rüblük və illik hesabatların hazırlanması. Kontragentlərlə üzləşmələrin aparılması, gəlir və xərc hesabatlarına nəzarət. E-taxes.gov.az üzərindən elektron qaimələrin yaradılması, göndərilməsi və yoxlanılması. BTP bəyannamələrinin göndərilməsi, ƏDV depozit hesablarının izlənməsi. Rəsmi ödənişlər, qaytarma əməliyyatları və qaimələrə düzəlişlər. Kassa, mal hərəkəti və daxili hesabatlara nəzarət. Əməkhaqqının hesablanması, kadr uçotu proseslərinin izlənməsi.
Ucuz Market, 9-cu mikrorayon filialı
Anbara daxil olan və anbardan çıxan malların uçotunun aparılması. Gündəlik kassa hesabatlarının hazırlanması.
“Əli-94” Ucuz Market
Mühasibatlıq üzrə gündəlik uçot işlərinin yerinə yetirilməsi.
Səda Store
Markete daxil olan malların və mal qaytarmalarının uçotunun aparılması. Gündəlik kassa və daxili əməliyyat hesabatlarının hazırlanması. Əməkhaqqının hesablanması, əməkhaqqı kartlarının sifarişi. İşçilərin əmək qeydiyyatının yoxlanılması, yeni işçilərin qeydiyyatı və işdən ayrılanların xitam prosesinin izlənməsi. Aptekə daxil olan dərmanların hesabatının aparılması, təchizatçı firmalarla üzləşmələr.
Bakalavr · Materialşünaslıq mühəndisliyi (mühəndis-mexanik)