Psixoloq
Klinik psixologiya üzrə magistr (Xəzər Universiteti) təhsili almış psixoloqam. Kognitiv-davranış terapiyası (KDT / CBT), diaqnostik qiymətləndirmə və psixoloji tədqiqatlarda statistik analiz üzrə hazırlığım var. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında klinik təcrübə, Psyche Psychology Center-də isə superviziya altında 45 saatlıq praktiki təlim keçmişəm. Art-terapiya və metakoqnitiv terapiya üzrə təlimlərdə iştirak etmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla könüllü olaraq çalışmışam. Məqsədim elmi əsaslı və etik psixoloji yardım göstərməklə peşəkar inkişafımı davam etdirməkdir.
Psyche Psychology Center
45 saatlıq superviziyalı praktiki təlim proqramının tamamlanması. Klinik halların (keys) müzakirəsində fəal iştirak. Praktik psixologiyada etik standartların mənimsənilməsi və tətbiqi.
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası
Xəstəxana şəraitində psixi pozuntuların klinik təzahürlərinin müşahidəsi. Psixiatriya üzrə nəzəri biliklərin praktikada tətbiqi və klinik iş təcrübəsinin qazanılması.
Nine Senses Azerbaijan
Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün istirahət tədbirində uşaqlar üçün müxtəlif fəaliyyətlərin təşkili. Tədbir müddətində uşaqlara qayğı və nəzarətin təmin edilməsi.
Psixi Sağlamlıq Mərkəzi
Klinik psixoloqlarla birgə art-terapiya, musiqi terapiyası və digər terapevtik fəaliyyətlərin təşkili.
Magistr · Klinik psixologiya
Magistr · Klinik psixologiya (1 semestr tamamlanıb)
Bakalavr · Psixologiya