Mağaza meneceri
Mağaza satışının idarə edilməsi sahəsində 6 illik iş təcrübəsinə malikəm. Bu müddət ərzində satış proseslərinin təşkili, komandanın idarə olunması, iş bölgüsünün aparılması və müştəri məmnuniyyətinin təmin edilməsi istiqamətində təcrübə qazanmışam. Beynəlxalq menecmentlik üzrə kursu tamamlayaraq idarəetmə, liderlik, komanda ilə əməkdaşlıq, planlaşdırma və təşkilatçılıq sahəsində bilik və bacarıqlar əldə etmişəm. Analitik düşünmə, təhlil və problemlərin həlli qabiliyyətinə malikəm. Rəhbərliyin tapşırıq və təlimatlarına ciddi yanaşır, vəzifəmi məsuliyyətlə və vaxtında yerinə yetirirəm.
AZERSUN HOLDING
• Satış əməliyyatları və sahələrinin detallı yoxlanılması; günlük, həftəlik və aylıq hesabatların incələnilərək qeyri-dəqiqliklərin müəyyən edilməsi. • Satış məqsədləri ilə faktiki nəticələrin müqayisəli təhlili, performansın dəyərləndirilməsi. • İnventarizasiya prosesində məhsulların fiziki sayımının aparılması, stok qeydləri ilə müqayisə edilməsi və stok itkisinin azaldılması üçün təkliflərin hazırlanması. • Satış komandalarının və fərdi işçilərin performansının izlənilməsi, müştəri məmnuniyyətinin dəyərləndirilməsi və müştəri şikayətlərinə əsaslanan hesabatların tərtib edilməsi. • Müştəri alış-veriş davranışlarının analizi, satış həcmi və qiymət dəyişikliklərinin müştəri alış-veriş vərdişlərinə təsirinin qiymətləndirilməsi. • Aylıq sayım prosesində mağazaların siyahısının hazırlanması, sayım zamanı natamam təslimatların, tranzit sənədlərinin və geri qaytarmaların qeyd edilməsi. • Sayım işçilərinin təyin edilməsi, sayım prosesinin idarə edilməsi və sayılmış məhsulların sistemdə düzgün qeyd edilməsinin təmin edilməsi. • SAP sistemində inventar formasının açılması, sayım nəticələrinin sistemə daxil edilməsindən sonra fərq siyahısının əldə edilməsi. • Fərq siyahısına əsasən məhsulların sayım nəzarətinin təkrar yoxlanılması, sayım nəticələrinə əsasən mağaza müdiri və inventar qrupu ilə aktların imzalanması. • Bağlanılacaq mağazaların bağlanış sayımının aparılması, stokların sıfırlanmasının təmin edilməsi.
AL market MMC
• Kassaların məsuliyyətli şəkildə təhvil alınması və günlük maliyyə əməliyyatlarının uğurla idarə edilməsi. • Mal qəbul prosesinin səmərəli təşkili və inventarın dəqiq uçotunun təmin edilməsi. • Müştəri məmnuniyyətinin yüksək səviyyədə qarşılanması və satış hədəflərinin artırılması üçün işçilərə konkret tapşırıqların verilməsi. • İşçilərin motivasiyasını artırmaq üçün düzenli mağaza daxili toplantıların keçirilməsi və əməkdaşların işə olan həvəsinin qorunub saxlanılması. • Məhsulların vaxtında və düzgün şəkildə sifariş edilməsi, satışa yararsız məhsulların geri qaytarılmasının effektiv idarə edilməsi. • Ərzaqların FIFO (ilk gələn ilk çıxar) prinsipinə uyğun olaraq düzgün yığılmasına nəzarət. • Mağaza içi təmizlik standartlarının qorunub saxlanılması və gündəlik təmizlik işlərinin nəzarət altında tutulması. • Məhsul sifarişlərinin vaxtında və düzgün şəkildə edilməsi, müştərilərin tələbatına uyğun məhsul təminatının təşkili. • Endirim kompaniyaları zamanı satış strategiyasının tətbiqi, endirimli məhsulların müştərilərin diqqətini cəlb etmək üçün effektiv şəkildə sərgilənməsi. • 3 aylıq periodik mağaza sayımlarında aktiv iştirak, inventar dəqiqliyinin təmin edilməsi. • Müştəri şikayət və təkliflərinin diqqətlə dinlənilməsi, şirkət prinsiplərinə uyğun qərarlar qəbul edilməsi və müştəri məmnuniyyətinin artırılması.
Fresco supermarket
• Kassa əməliyyatlarının idarə edilməsi və günlük maliyyə hesabatlarının dəqiqliklə tərtib edilməsi. • Anbar inventarının daimi nəzarəti və mal qəbul proseslərinin effektiv idarə edilməsi. • Müştəri məmnuniyyətinin təmin edilməsi və müştəri şikayətlərinin operativ həlli. • Satış hədəflərinin artırılması məqsədilə işçilərə satış taktikaları və məhsul bilikləri üzrə təlimatların verilməsi. • İşçilərin motivasiyasını artırmaq üçün mağaza daxilində düzenli motivasiya toplantılarının təşkili. • Məhsul sifarişlərinin idarə edilməsi və təchizatçılarla əlaqələrin qurulması. • Satışa yararsız məhsulların müvafiq firmalara qaytarılmasının təşkil edilməsi və zərərin azaldılması.
Ekologiya və təbii sərvətlər nazirliyi
• Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyat işlərində iştirak, bu sahədə mütəxəssis kimi bilik və təcrübənin tətbiqi. • Süxurlardan nümunələrin dəqiq və məsuliyyətli şəkildə götürülməsi, geoloji tədqiqatlar üçün zəruri məlumatların toplanması. • Ərazinin geoloji xəritəsinin hazırlanması, xəritələndirmə texnikalarının və proqram təminatının effektiv istifadəsi. • İşin sonunda ətraflı hesabatların hazırlanması, layihənin məqsədlərinə və nəticələrinə dair təhlillərin aparılması. • İllik hesabatların tərtibi və təqdimatı, layihənin gedişatı və nəticələri barədə məlumatların sistematik şəkildə təqdim edilməsi.
Bakalavr · Geoloq
Magistr · Geofizika - Seysmologiya və Seysmometriya
Magistr · İş təhlükəsizliyi və mühəndisliyi ixtisası