Aqrar mütəxəssis
Sea Breeze
Sea Breeze ərazisində otel fəaliyyətinin təşkili və idarə olunması üzrə rəhbər vəzifədə çalışmışam. Gündəlik iş proseslərinin koordinasiyasını, əməkdaşlar arasında vəzifə bölgüsünün aparılmasını, xidmət keyfiyyətinə və əmək intizamına nəzarəti həyata keçirmişəm. Müştəri məmnuniyyətinin təmin edilməsi, yaranan operativ və təşkilati problemlərin müəyyənləşdirilməsi və həllini təşkil etmişəm. İş prosesində düzgün qərarların qəbul edilməsi, resurslardan səmərəli istifadə və fəaliyyətin fasiləsiz təmin olunmasına diqqət yetirmişəm. Eyni zamanda, inzibati məsələlərin həlli, sənədləşmə işlərinin təşkili, gündəlik xərclərin və təsərrüfat əməliyyatlarının nəzarətdə saxlanılması, əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi üzrə işləri həyata keçirmişəm.
Berggasthof, Almaniya
Müəssisənin gündəlik fəaliyyətinin təşkili və idarə olunması, işçi heyətinin koordinasiyası, vəzifə bölgüsünün aparılması və əmək intizamına nəzarət. Gündəlik əməliyyatların və inzibati işlərin koordinasiyası, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, gəlir və xərclərin uçotunun aparılması, ödənişlərin və qarşılıqlı hesablaşmaların izlənilməsi. Daxil olan və təqdim edilən qaimə-fakturaların, nakladnoyların yoxlanılması, mal-material alışlarının sənədləşdirilməsi, təchizatçılarla hesablaşmaların, bank ödənişlərinin və kassa əməliyyatlarının koordinasiyası.
AGRO WEST MMC
Təhkim olunmuş bölgələr üzrə satış əməliyyatlarının həyata keçirilməsi, müştəri sifarişlərinin qəbulu və icrasına nəzarət. Satış göstəricilərinin təhlili, gündəlik və aylıq hesabatların hazırlanması. Qaimə-fakturaların, elektron qaimələrin və digər maliyyə sənədlərinin hazırlanması, yoxlanılması və rəsmiləşdirilməsi. 1C proqramı vasitəsilə satış əməliyyatlarının, məhsul hərəkətinin, mal qalığının və hesablaşmaların uçotunun aparılması. Debitor borclarının izlənilməsi, ödənişlərin yoxlanılması, müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması və maliyyə məlumatlarının sistemə daxil edilməsi. Sənəd dövriyyəsinin, satış hesabatlarının və müvafiq uçot məlumatlarının düzgünlüyünə nəzarət.
Bakalavr · İdarəetmə
Magistr · İqtisadiyyat və Beynəlxalq İqtisadi Münasibətlərin İdarə Edilməsi