Mexanik
İstehsalat və texniki təmir sahəsində 4 ildən artıq təcrübəyə malikəm. Hazırda Stadler sürət qatarlarının əsaslı təmiri və gündəlik texniki baxımı sahəsində işləyirəm. Əvvəlki təcrübələrimdə istehsal avadanlıqlarının idarə edilməsi, texniki nasazlıqların aradan qaldırılması və layihə koordinasiyası sahələrində işləmişəm. İşini bilən komandada işləmə bacarığı olan biri olaraq şirkətinizin fəal və fərqlənən üzvlərindən biri olacağıma əminəm.
Stadler Service Azerbaijan
Stadler sürət qatarlarının əsaslı təmiri üzrə işlərin icrası. Qatarların gündəlik texniki baxımının aparılması və mövcud nasazlıqların aşkarlanması. Görülən təmir və baxım işlərinin texniki sənədləşdirilməsi. Təhlükəsizlik və istismar normativlərinə tam riayət olunmasının təmin edilməsi.
PDL World (Frilans)
Layihənin texniki tələblərinin analizi və tətbiqi. Layihə komandaları ilə koordinasiya vasitəsilə işlərin vaxtında və keyfiyyətli tamamlanmasına nəzarət. Müştəri və podratçılarla kommunikasiya vasitəsilə texniki məsələlərin həllinə dəstək.
Coca-Cola Bottlers
İstehsal avadanlıqlarının fasiləsiz işləməsinin təmin edilməsi və texniki nasazlıqların vaxtında aradan qaldırılması. Keyfiyyət standartlarına uyğunluğun yoxlanılması və istehsal proseslərinin optimallaşdırılmasında iştirak. İstehsal göstəricilərinin gündəlik monitorinqi və rəhbərliyə hesabatların hazırlanması.
AzerFloat
Şıxta qarışığının hazırlanması və texnoloji tələblərə uyğunluğun yoxlanılması. İstehsalat avadanlıqlarının idarə olunması və işlək vəziyyətdə saxlanılması. Xammalın dozalanması və qarışdırılması prosesinə nəzarət. Texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və gündəlik hesabatların hazırlanması.
Metak MMC
Avadanlıqların işə salınması, idarə olunması və işlək vəziyyətdə saxlanılması. Xammalın düzgün dozalanması və emal prosesinə uyğunluğun təmin edilməsi. Texniki nasazlıqların aşkar edilməsi və mühəndis/texnikə məlumat verilməsi.
Bakalavr · Təkrar Emal və Bərpa Texnologiyaları Mühəndisliyi