İngilis dili müəllimi
Azərbaycan Dillər Universitetində 23 il baş müəllim vəzifəsində çalışmışam. İngilis dilinin qrammatikası, dilçilik və ingilis dilinin tədrisi sahəsində geniş akademik və pedaqoji təcrübəyə malikəm. Elmi fəaliyyətim ingilis dilinin qrammatikası və dilçilik məsələlərini əhatə edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dissertant olaraq Dünya ədəbiyyatı istiqamətində elmi tədqiqat aparıram. TKT, TESOL/TEFL, IELTS və İnsan Resurslarının İdarə Edilməsi üzrə sertifikatlarım var.
GLOBAL MAPS MMC
İnsan resurslarının idarə edilməsi və kadr siyasətinin həyata keçirilməsi; işə qəbul və kadr seçimi proseslərinin təşkili; əməkdaşların peşəkar inkişafının və fəaliyyətinin qiymətləndirilməsinin təşkili; insan resursları sahəsində idarəetmə proseslərinin koordinasiyası; korporativ ünsiyyət və təşkilati inkişafın dəstəklənməsi.
Azərbaycan Dillər Universiteti
Ali təhsil müəssisəsində ingilis dilinin tədrisi; ingilis dilinin qrammatikası və dilçilik üzrə ixtisaslaşmış tədris fəaliyyəti; tələbələrin akademik bilik və dil bacarıqlarının inkişafı; elmi araşdırmaların aparılması və məqalələrin nəşri; tədris-metodiki materialların hazırlanması. 23 illik pedaqoji fəaliyyət.
Magistr · Dilçilik
Bakalavr · Filologiya
Doktorantura · Dünya ədəbiyyatı (dissertant, davam edir)