Satış təmsilçisi
Pərakəndə satış, müştəri xidmətləri, kassa əməliyyatları və şöbə idarəçiliyi üzrə praktiki təcrübəyə malik məsuliyyətli və ünsiyyətcil mütəxəssisəm. Müxtəlif supermarket şəbəkələrində satıcı, kassir və baş satıcı vəzifələrində çalışaraq məhsul düzülüşü (merçendayzinq), müştəri məmnuniyyətinin təmin edilməsi və satış hədəflərinin yerinə yetirilməsi sahəsində bacarıqlar qazanmışam.
Ayta Mart Supermarket
Meyvə şöbəsində baş satıcı (6 ay): şöbənin gündəlik iş prosesinin təşkili, məhsulların təzəliyinə və keyfiyyətinə nəzarət, vitrinlərin düzülüşü və digər satıcıların işinin koordinasiyası. Su şöbəsində satıcı (6 ay): məhsul çeşidlərinin rəflərdə yerləşdirilməsi, qiymət etiketlərinin yoxlanılması, anbar qalığına nəzarət və müştərilərə dəstək.
Araz Supermarket
Nağd və nağdsız (POS-terminal) ödənişlərin sürətli və dəqiq icrası, müştərilərlə nəzakətli ünsiyyət, kassa hesabatlarının gün sonunda dəqiq təhvil verilməsi.
Gold Qayalı Supermarket
Satış zalında nizam-intizamın qorunması, rəflərin mütəmadi doldurulması, məhsulların son istifadə tarixlərinə nəzarət və müştəri sorğularının cavablandırılması.
Bakalavr