Baş mühasib
Maliyyə, mühasibatlıq, təsərrüfat və inzibati idarəetmə sahələrində praktiki təcrübəyə malik mütəxəssisəm. Dövlət və özəl sektorda qazandığım iş təcrübəsi ərzində maliyyə fəaliyyətinin təşkili, büdcə vəsaitlərinin idarə olunması, mühasibat uçotunun aparılması, hesabatların hazırlanması, təchizat və təsərrüfat proseslərinin əlaqələndirilməsi istiqamətlərində fəaliyyət göstərmişəm. Rəhbərlik və təşkilati idarəetmə bacarıqlarına, məsuliyyətli və sistemli iş yanaşmasına malikəm. Peşəkar bilik və təcrübəmlə çalışdığım qurumun fəaliyyətinə töhfə verməyə hazıram.
Özəl şirkət
• 1C mühasibat proqramı vasitəsilə gündəlik təsərrüfat və maliyyə əməliyyatlarının uçotunun aparılması; • Malların alış və satış əməliyyatlarının sistemə daxil edilməsi və sənədləşdirilməsi; • Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və yoxlanılması; • Müqavilələrin, hesab-fakturaların və digər ilkin mühasibat sənədlərinin hazırlanması; • Anbar üzrə mədaxil və məxaric əməliyyatlarının aparılması, mal-material hərəkətinə nəzarət; • Anbar qalıqlarının izlənilməsi və inventarlaşma prosesində iştirak; • Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşdirilməsi; • Gündəlik əməliyyatlar üzrə məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması; • Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi.
Əlahiddə Ümumqoşun Ordu-Ordu Komandanlığının İdarəetmə Heyəti
• Əlahiddə Ümumqoşun Ordusunun Ordu Komandanlığının İdarəetmə Heyətində maliyyə və mühasibat uçotu proseslərinin həyata keçirilməsində iştirak; • İkili mühasibat uçotunun aparılması, maliyyə əməliyyatlarının müvafiq hesablarda əks etdirilməsi; • İlkin uçot sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi; • Maliyyə sənədlərinin düzgün rəsmiləşdirilməsi və uçot məlumatlarının dəqiqliyinin təmin edilməsi; • Dövri maliyyə hesabatlarının hazırlanması və müvafiq sənədləşmə işlərinin aparılması; • Debitor və kreditor hesablaşmalarının uçotunun aparılması və üzləşdirilməsi; • Maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsinə və maliyyə intizamına riayət olunmasına nəzarət; • Maliyyə xidməti rəhbərliyinin tapşırıqlarının icrası.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
• Mühasibat uçotunun təşkili, maliyyə əməliyyatlarının aparılması və hesabatlılığın təmin edilməsi; • Büdcə vəsaitlərinin planlaşdırılması, maliyyə resurslarının bölüşdürülməsi, büdcə icrasına və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət; • Nazirliyin və tabeli qurumların gəlir və xərclərinin təhlili, maliyyə planlarının və büdcə təkliflərinin hazırlanması; • Əməkhaqqı fondunun idarə olunması, müəllim, məşqçi və digər əməkdaşların əməkhaqqı, məzuniyyət və digər ödənişlərinin hesablanmasının təşkili; • Vergi, sosial sığorta və digər məcburi ödənişlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi; • Bank və xəzinədarlıq əməliyyatlarının, debitor və kreditor borclarının idarə olunması; • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin təhlili və rəhbərliyə təqdim edilməsi; • Malların, işlərin və xidmətlərin satınalma prosesinin təşkili, satınalma ehtiyaclarının müəyyənləşdirilməsi və planlaşdırılması; • Təchizat müqavilələrinin, sifarişlərin və müvafiq sənədləşmə işlərinin hazırlanması və icrasına nəzarət; • Nazirliyin və tabeli qurumların maddi-texniki təminatının təşkili, təchizat ehtiyaclarının müəyyənləşdirilməsi və təminat prosesinin əlaqələndirilməsi; • Əsas vəsaitlərin və mal-material ehtiyatlarının qəbulu, uçotu, saxlanılması, bölüşdürülməsi və inventarlaşmasına nəzarət; • Tabeli rayon Gənclər və İdman idarələrinin, Gənclər və İdman Məktəbinin və Olimpiya İdman Komplekslərinin maliyyə-təsərrüfat fəaliyyətinin əlaqələndirilməsi, müvafiq tapşırıqların verilməsi və icrasına nəzarət; • Tabeli qurumların maliyyə və təchizat ehtiyaclarının müəyyənləşdirilməsi, fəaliyyətlərinin monitorinqi və hesabatlarının təhlili; • Maliyyə yoxlamaları və audit proseslərində iştirak, tələb olunan sənədlərin və hesabatların hazırlanmasının təşkili;
Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası
• Müəssisənin mühasibat və maliyyə fəaliyyətinin təşkili və idarə olunması; • Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət; • İllik büdcənin hazırlanması, gəlir və xərclərin planlaşdırılması və icrasına nəzarət; • Əməkhaqqı, məzuniyyət, müavinət və digər ödənişlərin hesablanmasına nəzarət; • Vergi, sosial sığorta və digər məcburi ödənişlər üzrə hesabatların hazırlanması; • Debitor və kreditor borclarının idarə olunması və üzləşdirmə işlərinin təşkili; • Bank, xəzinədarlıq və digər maliyyə əməliyyatlarına nəzarət; • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və inventarlaşma prosesinin uçotunun təşkili; • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi; • Maliyyə intizamına, sənədləşmə qaydalarına və büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət; • Maliyyə yoxlamaları və audit proseslərində iştirak, müvafiq sənədlərin hazırlanması.
Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası
• Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması; • İlkin mühasibat sənədlərinin yoxlanılması, işlənməsi və sistemləşdirilməsi; • Gəlir və xərclərin uçotunun aparılması və maliyyə əməliyyatlarına nəzarət; • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması; • Kreditor və debitor borclarının uçotunun aparılması və üzləşdirilməsi; • Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və hesablaşmaların işlənməsi; • Təchizat, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması; • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak; • Vergi, sosial sığorta və digər məcburi ödənişlər üzrə hesablamaların aparılması; • Maliyyə sənədlərinin qanunvericiliyin tələblərinə uyğun tərtib və arxivləşdirilməsi.
İcra Hakimiyyəti
• İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətinin təşkili və idarə olunması; • Ərazidə sosial-iqtisadi və inzibati məsələlərin həlli istiqamətində fəaliyyətin əlaqələndirilməsi; • Dövlət orqanlarının qərar, sərəncam və tapşırıqlarının ərazidə icrasının təmin edilməsi; • Vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi və qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlərin görülməsi; • Ərazidə abadlıq, quruculuq, kommunal və təsərrüfat işlərinin təşkilinə nəzarət; • Əhali, yerli müəssisə və təşkilatlarla əlaqələrin qurulması və əməkdaşlığın təmin edilməsi; • Nümayəndəliyin fəaliyyətinə dair məlumatların, arayışların və hesabatların hazırlanması; • Ərazidə sosial problemlərin və əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi, aidiyyəti qurumlarla əlaqələndirilməsi.
N saylı hərbi hissə
• N saylı hərbi hissədə leytenant hərbi rütbəsi ilə zabit kimi hərbi xidmətin həyata keçirilməsi; • Hərbi hissənin maliyyə xidmətinin fəaliyyətində iştirak və maliyyə xidməti rəisinin xidməti tapşırıqlarının icrası; • Hərbi hissənin maliyyə-təsərrüfat fəaliyyətinə dair sənədləşmə və uçot işlərinin aparılması; • Mühasibat uçotunun təşkili, maliyyə məlumatlarının işlənilməsi və sistemləşdirilməsi; • İkili mühasibat uçotunun aparılması və maliyyə əməliyyatlarının uçotda əks etdirilməsi; • Maliyyə hesabatlarının hazırlanması, uçot sənədlərinin yoxlanılması və arxivləşdirilməsi; • Hərbi hissədə xidməti intizamın, tabelik münasibətlərinin və hərbi qulluqçular üçün müəyyən edilmiş qaydaların qorunması; • Komandanlığın və birbaşa rəhbərliyin verdiyi xidməti tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.
Bakalavr · Mühasibat uçotu və audit