Hüquqşünas
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 90.92/100 ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirmişəm. Məhkəmə, vəkil bürosu və qeyri-hökumət təşkilatlarında, ümumilikdə beş müxtəlif qurumda praktiki təcrübə qazanmış, bu müddətdə layihələrin idarə olunması sahəsində departament rəhbəri kimi fəaliyyət göstərmişəm. Hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Hüquqi Təminat Şöbəsinin Hüquqi Ekspertiza Sektorunda böyük mütəxəssis vəzifəsində çalışır, qanunvericilik layihələrinin hazırlanması və hüquqi ekspertiza sahəsində fəaliyyət göstərirəm.
Azərbaycan Respublikası Ali Məhkəməsi, Hüquqi Təminat Şöbəsi
Qanunvericilik layihələrinin hazırlanmasında iştirak etmişəm. Hüquqi rəylərin hazırlanmasını və sorğulara cavabların yazılmasını həyata keçirmişəm. Sənədlərin hüquqi ekspertizasını aparmışam.
Bakı Ağır Cinayətlər Məhkəməsi
Ağır və xüsusilə ağır cinayət işləri üzrə məhkəmə icraatının gedişatı və prosessual mərhələləri ilə tanış olmuşam. Cinayət-prosessual hüquq çərçivəsində məhkəmə praktikasının tətbiqi ilə bağlı praktiki biliklər əldə etmişəm. Məhkəmə qərarları və digər prosessual sənədlərin hazırlanmasında iştirak etmişəm.
Femida Könüllüləri Təşkilatı İctimai Birliyi
10 nəfərdən ibarət departamentin fəaliyyətini koordinasiya etmiş, layihələrin konsepsiyasının hazırlanması, planlaşdırılması və icra prosesini idarə etmişəm. 15-dən çox layihənin həyata keçirilməsini koordinasiya etmiş, layihələrin müəyyən müddətdə icrasına nəzarət etmişəm. Layihələr çərçivəsində 1200-dən çox iştirakçının cəlb olunmasına töhfə vermişəm.
"Mirzəyev və Partnyorları" Vəkil Bürosu
İddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, vəsatətlər və digər prosessual sənədlərin hazırlanmasında iştirak etmişəm. Hüquqi mübahisələr üzrə iş materiallarını təhlil etmiş və hüquqi mövqelərin formalaşdırılmasına dəstək göstərmişəm.
"Sadə Hüquq" İctimai Birliyi
Hüquqi maarifləndirmə layihələrinin hazırlanması və icrasında iştirak etmişəm. Vətəndaş müraciətlərini araşdırmış, hüquqi sənədlərin hazırlanması və ilkin hüquqi məsləhətlərin verilməsi prosesində iştirak etmişəm.
Abşeron Rayon Məhkəməsi
Məhkəmə proseslərini müşahidə etmiş və protokolların tərtibində iştirak etmişəm.
Magistr · Əmək və Sosial Təminat Hüququ
Bakalavr · Hüquqşünaslıq