−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Elbrus N.

Elbrus N.

Ofisiant-Administrator

Bakı Yerləşdirilib: 27 noyabr 2026
Əlaqə məlumatları gizlidir Namizədin telefonu, e-poçtu və CV faylı yalnız işəgötürənlər üçün CV bazasında açılır.
Əlaqə məlumatlarını gör

Haqqında

Ali təhsilli, istehsalat, anbar, satış və restoran sahələrində geniş iş təcrübəsinə malik məsuliyyətli və çevik mütəxəssisəm. İstehsalat avadanlıqlarının, xüsusilə etiketləmə və tarixləmə maşınlarının idarə olunması, hazır məhsulun etiketlənməsi və prosesə nəzarət üzrə praktiki təcrübəyə malikəm. İşçi heyətinin idarə olunması, işçilərə nəzarət, iş prosesinin təşkili, müştərilərlə ünsiyyət və komanda ilə əməkdaşlıq bacarıqları ilə seçilirəm.

İş təcrübəsi

Operator

Qafqaz Konserv Zavodu

yan 2021 – indiyədək Hal-hazırda işləyir

Etiketləmə və tarixləmə maşınlarını idarə edir, hazır məhsulların etiketlənməsinə və istehsal/son istifadə tarixlərinin düzgün vurulmasına nəzarət edirəm. Etiketlərin yerləşdirilməsini, qablaşdırma tələblərini, keyfiyyət və təhlükəsizlik qaydalarını izləyir, nasazlıq və uyğunsuzluqlar barədə məlumat verirəm.

Anbardar

Yaşıl Ada kənd təsərrüfatı

yan 2020 – yan 2021 0 il 11 ay

Məhsulların qəbulu, yoxlanılması, qeydiyyatı və çeşidlər üzrə yerləşdirilməsi; anbar qalıqlarının izlənilməsi, inventarizasiya; məhsul hərəkətinin sənədləşdirilməsi və 1C proqramında əməliyyatların aparılması.

Satış təmsilçisi

Geyim sektoru

yan 2019 – yan 2020 0 il 11 ay

Müştərilərlə əlaqələrin qurulması, məhsulların təqdimatı və ehtiyacların müəyyənləşdirilməsi; satış prosesinin izlənilməsi, müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin qorunması.

Administrator

Restoran sektoru

yan 2016 – yan 2019 2 il 11 ay

Restoranın gündəlik fəaliyyətinin təşkili, işçi heyətinin koordinasiyası; müştərilərin qarşılanması, müraciət və iradların həlli; xidmət keyfiyyətinə və daxili qaydalara nəzarət.

Ofisiant

Restoran sektoru

yan 2013 – yan 2016 2 il 11 ay

Sifarişlərin qəbulu və təqdim edilməsi, operativ müştəri xidməti; xidmət standartlarına, təmizlik və sanitariya qaydalarına riayət.

Təhsil

Azərbaycan Dövlət Dəniz Akademiyası

Bakalavr · Nəqliyyat tikintisi mühəndisliyi

2013-2017

Bacarıqlar

İstehsalat avadanlıqları Etiketləmə və tarixləmə Anbar uçotu 1C Müştəri xidməti Satış İşin təşkili və koordinasiya Komanda işi Məsuliyyətlilik Operativlik MS Word MS Excel Elektron poçt

Dil bilikləri

Azərbaycan Ana dili
İngilis Yaxşı

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ